Xəbər lenti

Ovqat.com Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

"Tez-tez ATƏT-in Minsk qrupunun həmsədrlərindən onların tərəflərlə nizamlanma məsələsini müzakirə etdiklərini eşidirik. Onlar bəzən prinsiplər barədə razılığa gəlmək lazım olduğuna işarə edirlər. Bəzən yanaşmalarda razılıq əldə edilməli olduğunu bildirirlər. Hərçənd prinsiplərlər də, yanaşmalar da mövcuddur. Odur ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına başlanmasının qrafiki tərtib olunmalıdır. Bütün bunlar təhlükəsizlik zəmanəti ilə olmalıdır.

Fəaliyyət qrafikini də hazırlamaq olar. Bunda problem görmürəm, problem başqa şeydədir. Problem ziddiyyətlərdə və Ermənistan tərəfinin konkret maraqlarında, onların Azərbaycan torpaqlarının işğalını davam etdirməsində maraqlı olanlardadır. Ermənistan rəhbərliyi də özünə sərf edən belə siyasi şərtlə sanki bazarlıq edir", - nazir müavini bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 6-05-2017, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma