Xəbər lenti

"Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Azərbaycanın xarici siyasətinin əsas prioriteti olaraq qalır".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər çərçivəsində 2017-ci ildə Azərbaycanın xarici siyasət kursu davam etdirilib: "Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regional təhlükəsizliyin qorunması, eləcə də Xəzər regionunda əməkdaşlıq məsələləri, vətəndaşların hüquqlarının müdafiəsi, beynəlxalq arenada müsbət imic əhəmiyyətli yer tutub".

H.Hacıyevin sözlərinə görə, XİN 2017-ci ildə xarici ölkələrdə Azərbaycanın maraqlarının pozulması faktlarının qarşısının alınması, informasiya müharibəsi ilə mübarizə, o cümlədən erməni təbliğatının nəticəsində yaranan halların aradan qaldırılması üzrə işlər həyata keçirib: "Ermənistan təxribatlar, eləcə də heç kimin tanımadığı qondarma referendum keçirməklə danışıqlar prosesini pozmaq üçün cəhdlərini davam etdirib. Bütün bunların qarşılığında beynəlxalq ictimaiyyət növbəti dəfə birmənalı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".




Ana səhifəyə qayıt        Baxış: 706          Tarix: 28-12-2017, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma