İrina Corbenadze
rosbalt.ru, 27.02.2018
İrəvan dəhşət içindədir: Rusiya silahını aldığına görə Vaşinqtonun sanksiyaları ona da təsir edə bilər. Amerika “Hayastan”ı qaragün etməyə başlayacaqmı, yoxsa bağışlayacaq?
Ermənilərə ümid bəsləmək qalır ki, Vaşinqton İrəvanı dolaşan “Qasırğa”ları “görməyib”.
ABŞ Ermənistanın Rusiya hərbi-sənaye kompleksiylə müqavilələr bağlayacağı halda ona qarşı sanksiyalar tətbiqi imkanı haqda artıq xəbərdarlıq edib. İdeya üzrə, bu ultimatum amerikalıları özlərinin “ən yaxın tərəfdaşları” sayan erməniləri təhqir etməliydi. Amma İrəvanda onlara “açılın başmızdan” demək əvəzinə, Vaşinqtonun qəzəbindən qorxaraq fal açmağa başlayıblar ki, bu qəzəb balaca, amma Azərbaycanla vuruşan bu Cənubi Qafqaz respubikasını nə qədər devirəcək.
Sanki Bakını da ABŞ-ın cəzası təhdid edir, lakin Ermənistandansa onun Rusiyadan daha ciddi məbləğdə silah aldığına baxmayaraq, burada əsməcəyə düşdükləri görünmür. Ya azərbaycanlılar Amerikanın basqısını saymırlar – ki, tam onların “zövqüncədir” – ya da özlərini sakit hiss edirlər, çünki onlarda silah tədarükü şaxələndirilib.
Ciddi narahatlıq üçün Ermənistanın əsası varmı? Bir yandan, Ermənistanın İranla yaxınlığı nəzərə alınmaqla aşkar səbəblər olmamalıdır. Hətta İran üçün ən kəskin sanksiyaaltı dövrlərdə ABŞ bu “dostluğa” barmaqarası baxıb. Düzdür, o vaxt orada prezident “sərsəri” Tramp deyil, “sadə Obama”ydı. Lakin indiki gerçəklikdə İrəvanın üzərində düşünməli olacağı nəsə var: Ermənistanın kasıb büdcəsi şəraitində Rusiyadaxili qiymətlər üzrə silah tədarükündən imtina, sadəcə, ağlasığmazdır. Başqa heç bir ölkə ona Rusiya qədər “iltifat göstərməyib” – özü də hələ Qarabağla bağlı durumda.
Ola bilsin, ABŞ Cənubi Qafqazı özünün nəzarət arealından buraxmamaq istəyinə görə Ermənistanı özündən kənarlaşdırmağa başlamayacağı və “bağışlayacağına” görə xüsusi xoflanmalı bir şey yoxdur. Lakin çətin ki amerikalıların “alicənablığı” çox sürsün: onlar istənilən halda Ermənistana siyasi basqı göstərəcəklər, maliyyə yardımını azaldacaq və yaxud imtina edəcək, qrant layihələri və s.-i məhdudlaşdıracaqlar. Sonda İrəvan Moskva ilə təmənnalı dostluq bağlarını zəiflətməli və perspektivdə özünə alternativ silah tədarükü qaynağı tapmalı olacaq. Amma təkcə Ermənistan büdcəsinin cüzi vəsaiti deyil, həm də ölkə ərazisində (Gümridə) Rusiya hərbi bazasının yerləşdiyi, habelə respublikanın KTMT-yə üzvlüyü və Qarabağ müşkülü nəzərə alınmaqla bunu eləmək elə də asan deyil.
Ermənistan prinsipcə ABŞ-a heç nə ilə borclu deyil, amma yenə də manevr yolları aramalı olacaq, çünki Rusiya-Amerika münasibətlərinin ən yaxın vaxtlarda yaxşılaşacağına ümid yoxdur: əksinə, qarşıdurma güclənəcək və birmənalı şəkildə Vaşinqtonun tərəfini saxlamayan balaca ölkələrə birbaşa və ya dolayısıyla təsir edəcək.
Ermənistanın “manevr”inin necə olacağını bu gün söyləmək çətindir, çünki hər şey, birincisi, respublikanın Rusiya tərəfindən birbaşa ələalma səxavətindən, ikincisi, sürətlə dəyişən geopolitik bölgüdən asılı olacaq.
Amma hər halda indiki mərhələdə Ermənistan üçün müdafiə bacarığı öz ordusunun “lüt” qalması və Azərbaycan və Türkiyə ilə "tet-a-tet" qalmaq perspektivindən az qorxmadığı ABŞ-ın qəzəbindən önəmlidir. Yeri gəlmişkən, RF ötən il Ermənistana 100 milyon dollarlıq kredit xətti açıb – respublika bu pula RF-dən öz ordusu üçün gərəkən hər şeyi, özü də “gülünc” qiymətə ala bilər.
Ermənistan keçən iki ildə isə “havadar Moskva”dan 250 milyon dollarlıq müdafiə krediti alıb. Bax, imtiyazlar bu cürdür və imtina etmək dəlilik olardı. “Cəzasızlığa” ümid bağlamaqla Rusiya və ABŞ-dan bərabər məsafədə “veyllənmək” kimi. Bu isə bildirir ki, Ermənistan rəhbərliyi amerikalıların Moskvanın tərəfdaşlarına yayılmaqla antirusiya sanksiyalarıyla respublikanın qarşısına qoyduğu bütün riskləri çox incə şəkildə ölçüb-biçməli olacaq.
Amma burası da var ki, Ermənistanın müəyyən dairələrində fikir var ki, sanksiyalar “total olmayacaq”. Hətta Ermənistanın çətin seçim qarşısında qalmasının müsbət tərəfini görən “Lragir”in yazdığı kimi, respublika ətrafında səs-küy “praktik özüldən məhrumdur. Əksinə, iddia etməyə siyasi əsas var ki, ABŞ Ermənistana qarşı sanksiyalarla bölgə güvənliyi və sabitliyinə zərbə vuracaq”.
Nəşr hesab edir: “ABŞ-ın Ermənistana kəmiyyət və dəyərcə ekvivalent təkliflər etməsi başqa məsələdir. Əks halda ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq edərək Azərbaycana “ikinci nəfəs” və Ermənistana nisbətdə üstünlük imkanı verəcək”.
Yəni ermənilərin əksəriyyətini əminlik tərk etmir ki, “Qarabağla bağlı durum daxil olmaqla ABŞ bizə kömək edəcək və amerikalılar üçün Ermənistan Azərbaycandan üstündür”. Və ümumiyyətlə, “məsələ sanksiya təhlükəsində deyil, bundadır ki, bu, Ermənistan üçün daha həyat qabiliyyətli hərbi-siyasi mövqe qazanmaq üçün şans ola bilər”. Belə çıxır: “Xoşbəxt deyildik, bədbəxtliyin də xeyri olmadı” – Rusiyadan hərbi və başqa asılılıqlardan qurtulmağa başlamaq.
Güman etmirəm ki, Ermənistan rəhbərliyi bu fikri tam bölüşür. Amma İrəvan bir-birinə zidd dünya güc mərkəzlərində gözü qalmaq və yamanmaq vərdişinə malik olmaqla olduqca kobud və taleyüklü səhv buraxa bilər. Məsələ burasındadır ki, indiki durumda kimdən daha çox qorxur və kimi daha çox “sağa” bilər – Rusiyanı, yaxud ABŞ-ı? Lakin bu sual öz ardınca başqa divləri də dartır – Azərbaycan və Türkiyəni.
Və sağlam mülahizələrlə burada üstünlük yenə də Rusiyanın tərəfindədir. Bu, istənilən baxış tinindən görünür – bircə Ermənistanınkı “istisna” çıxmasa…
Tərcümə Strateq.az-ındır.
Paylaş: