Xəbər lenti

Leonid Berşidski

“Bloomberg”

 

2014-cü ildə Ukraynadakı “məxməri inqilab”a şiddətli təpki göstərdikdən sonra Moskvanın dostu olan kiçik Ermənistanın öz inqilabına cəhd göstərəcəyi, demək olar ki, təsəvvür edilmirdi. Bununla belə, aprelin 23-də Ermənistan baş naziri Serj Sarkisyan ölkəni iflic edən kütləvi etirazlarla istefa verməyə məcbur olub.

Rusiya, çətin ki, müdaxilə etsin: etirazçılar motivlərinin ciddi şəkildə yerli məsələ olduğunu vurğulayıblar. Amma Sarkisyanın karyerasının bitməsi konstitusiya məhdudiyyətlərini aradan qaldırmaq istəyən başqa bir lider üçün maraqlı olmalıdır: Rusiya prezidenti Vladimir Putin.

Sarkisyan 10 il Ermənistanın prezidenti olub. O, Ermənistan və Azərbaycan arasındakı mübahisəli bölgə olan Dağlıq Qarabağda  doğulub, 1990-cı illərdə separatçı Dağlıq Qarabağın müdafiə naziri olub və son nəticədə, Ermənistanda da eyni vəzifəni icra edib.

Əksər ermənilər üçün vacib olan Qarabağ məsələsinə köklənərək, 2008-ci ildə keçirilmiş prezident seçkilərində Sarkisyan zəfər qazanıb. Prezident kimi, o, Rusiyanın Ermənistanda hərbi varlığını artırmaqla yanaşı, Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq edib, Putinin Avrasiya İqtisadi Birliyi layihəsinə qoşulub və Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsinə imza atmağa imkan verən kompleks oyun oynayıb.

Rusiya və Qərb arasında seçim məsələsində birmənalı mövqe tutan Gürcüstan və Ukrayna liderlərindən fərqli olaraq, Sarkisyan Azərbaycandan başqa hər kəslə əməkdaşlıqdan məmnun idi.

Bu duruşla, Sarkisyanın hakimiyyəti dövründə geopolitik cəhətdən kiçik, dənizə çıxışı olmayan, ərazi münaqişəsi aparan Ermənistan iqtisadi cəhətdən parlamayıb. 2009-cu ildə iqtisadi artım 14 faizi azaldıqdan sonra ölkə güclə ayaq üstə durur. Rusiya ilə möhkəm iqtisadi münasibətlər astagəl iqtisadi performansın səbəbi olsa da, əslində, Ermənistanın başqa seçənəyi yox idi.

2017-ci ildə Ermənistan iqtisadiyyatı 7,5 faiz səviyyəsində təsirli bir artım nümayiş etdirib, lakin 2016-cı ildəki, demək olar ki, sıfır artımdan sonra bu, fərəh gətirməyib. Həmin ilin sonuna qədər Ermənistan iqtisadiyyatı deflyasiya və anemiyalı daxili tələbatla işgəncəyə məruz qalıb. Hökumət yüksək büdcə kəsirlərini davamlı artırır və işsizlik 16 faizdən çoxdur.

Ermənistan – yoxsul ölkədir. Əhalinin 11,6 faizi rəsmi yoxsulluq səviyyəsinin aşağı, gündəlik 3,20 dollarla yaşayır və əhalisinin ən aktiv hissəsi köçə üstünlük verir.

BMT-nin 2017-ci il məlumatına görə, Ermənistanda doğulmuş təxminən 900 min nəfər öz ölkələrindən kənarda yaşayarkən, yalnız 3 milyonu hələ də vətənində qalıb (müstəqil olduqdan çox-çox əvvəl ortaya çıxan erməni diasporu 8 milyon nəfərdən ibarətdir).

Miqrantların pul köçürmələri ölkənin ümumi daxili məhsulunun təxminən 14 faizini təşkil edir.

Miqrasiya narazılığı tıxacla təmin edir və geniş yayılmış yoxsulluq Sarkisyana güclənmə imkan verib.

Bütün əsas seçkiləri müşahidə etmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Sarkisyanın hakimiyyəti dövründə geniş yayılmış təhqir, təzyiq və səslərin satın alınması hallarını qeydə alıb. O, həmçinin ölkədə geniş yayılmış korrupsiya ilə bağlı bir şey etməyib.

Erməni konstitusiyası yalnız iki prezident müddətini təmin edirdi və 2015-ci ildə Sarkisyan ölkəni Avropa nümunəli parlament respublikasına çevirmək üçün referendum keçirib və onun partiyası seçkilərin qalib olub.

O vaxt Serj Sarkisyan baş nazir olmaq istəmədiyini iddia edib. Lakin 2017-ci ildə Sarkisyanın Respublika Partiyası parlament seçkilərində qalib gəlib və prezidentlik müddətinin bitməsindən sonra keçən həftə aprelin 17-də baş nazir seçilib.

Buna görə də, son 20 ildə ən böyük mitinqdə 100 mindən çox erməni İrəvanın mərkəzi meydanına axışıb. Binaların balkonlarına çıxan adamlar boş qazanlarını taqqıldadıb və minlərlə digəri əyalətlərdən paytaxta yürüyüb.

Ümumilikdə, ölkə əhalisinin təxminən 20 faizi Nikol Paşinyanın başçılıq etdiyi etiraz aksiyasına qatılıb. Bu jurnalistin “Yol” fraksiyası parlamentdəki yerlərin təxminən 8 faizinə sahibdir.

Gənclər hərəkətin hərəkətverici qüvvəsi olub: köçməklə qalmaq arasında seçimdə onlar evdə dəyişiklik etmək variantına üstünlük verib.

Aprelin 22-də Sarkisyan Paşinyanla görüşərək, müxalifət liderinin “məxməri inqilabı”na son verməyi ümid edirdi. Paşinyan yalnız Sarkisyanın istefasını tələb edib və Sarkisyan cəmi 3 dəqiqədən sonra görüşdən ayrılıb.

Bazar ertəsi günü silahsız, amma uniformalı mitinqçilər mərkəzi meydandakı kütləyə qatılıb, polis onları dağıtmaqdan imtina edib. Sarkisyan da baş nazir vəzifəsindən istefa verib. “Nikol Paşinyan haqlı idi” deyərək istefa ərizəsini yazıb: “Mən səhv etdim, mövcud vəziyyətdə bir sıra həllər var, amma heç birinə müraciət etməyəcəyəm, bu mənim iş üslubum deyil, ölkənin baş nazirinin vəzifəsindən imtina edirəm”.

Amansız Qarabağ döyüşçüsü silahsız, zorakı olmayan bir kütləyə təslim olub. Kütləvi şadyanalıq başlayıb və Ukraynadan fərqli olaraq, Rusiyaya güclü cavab verilib.

Erməni etirazlarına reaksiya göstərmək üçün aprelin 19-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yalnız “dost Ermənistanın vəziyyəti demokratik və qanuni olaraq həll olunacaq” ifadəsini işlədib.

Paşinyan bunu Sarkisyanın dəstəklənməməsi qərarı kimi şərh edib və ehtimal ki, haqlı imiş. Sarkisyanın istefa vermə qərarına, Ukraynadakı inqilabdan sonrakı kimi, rəsmi Moskva etiraz etməyib – heç bir səbəb yoxdur. Qərb müdaxiləsinin izi də; etirazçılar heç bir xarici liderdən ictimai dəstək almayıblar. Paşinyan Ermənistanın Moskvaya itaət etməsindən şikayətçi olsa da, Ermənistanın müqavimət gücü olmadığından o, Ukrayna kimi, Rusiyaya etiraz etməyəcək. 2008-ci ildə qonşu Gürcüstanın rus qoşunları tərəfindən işğalını nəzərə alaraq, münasibətləri korlamayacaq…

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 862          Tarix: 24-04-2018, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma