Xəbər lenti

Ermənistan prezidenti Serj Sarkisyan yenidən Azərbaycanı “İskəndər” əməliyyat-taktiki raketləri ilə hədələyib. 
Oxu.Az xəbər verir ki, “Armeniya” tele-şirkətinin müxbirinin Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması zamanı şərtlərin qorunacağına dair zəmanət barədə sualına cavab verərkən Sarkisyan bildirib ki, “Mən dəfələrlər demişəm və indi də təkrar edirəm, bir nömrəli zəmanət – müharibəyə hazır Silahlı qüvvələrdir, bu ən etibarlı zəmanətdir”. 
Serj Sarkisyanın sözlərinə görə, erməni tərəfinin təhlükə təhdidini aradan qaldırmaq üçün yetərincə silahı var. 
“Əgər kimsə “İskəndər” komplekslərinin yalnız mənəvi və ya psixoloji dəyəri olduğunu düşünürsə, bu həmin adamın komplekslər barədə anlayışı olmadığına dəlalət edir. Komplekslərin göstəriciləri ilə tnış olduqdan sonra həmin şəxlərdə bu silahın hansı dağıdıcı gücə malik olduğuna dair təsəvvür yaranacaq”, - Serj Sarkisyan. 

 




Ana səhifəyə qayıt        Baxış: 984          Tarix: 15-07-2017, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma