Xəbər lenti
Dünən, 19:25

 

ca-irnews.com, 23.06.2018

 

“ABŞ İnsan Haqları üzrə BMT Şurasından ona görə çıxıb ki, hazırda Amerikanın “Böyük Mərkəzi Asiya” və “Böyük Yaxın Şərq” layihələrinin yekun mərhələsi yaxınlaşır”.

Bu haqda Kanada analitiki Fikrət Şabanov “CA-IrNews”-a müsahibədə bildirib.

Ekspertin fikrincə, indi bu proqramlar – yeni qanlı münaqişənin yaxınlaşmasında əsas amil uyğunlaşdırılır. Vaşinqtonda hakimiyyətə böyük təsirə malik olan müəyyən qruplar hamının hamıya qarşı durmasına yönəlik “təriqət müharibəsi”nin başlanğıcına hazırlıq görürlər. Bunun gedişində insan haqları üzrə hazırda mövcud olan bütün beynəlxalq konvensiyalara əməl olunmayacaq – bunlara onsuz da indi də əməl olunmur – konvensiyalar, sadəcə, pərdədir. Bütün bunlar Vaşinqtonun və BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin əl-qolunu açacaq.

Bu savaşın məqsədi Mərkəzi Asiya (MA) bölgəsinin bir sıra ölkələrini və İran və Azərbaycan kimi ölkələri hissələrə parçalamaqdır, bu isə NATO-nun bu ölkələrə aktiv intervensiyasına səbəb olacaq.  Savaş onların artıq Suriyada sınaqdan keçirdiyi etnik təmizləməyə yönələcək. Və bütün bu problemlər Avropanın sərhədlərinə yaxınlaşır.

Qanunauyğun sual doğur: MA, İranın nə əlaqəsi var və niyə Azərbaycan?

Şabanov deyib: “Bütün məsələlər bundadır ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında açardır. O, bir tərəfdən Rusiya Federasiyasına girişdə və AB ilə sərhəddə baş forpostlardan biri və başqa tərəfdən, İrana soxulmaqda necəsə bir dəhliz sayılır. Azərbaycanın dünya xəritəsindəki coğrafi və geostrateji mövqeyi kölgə oyunçularının planlarında onu olduqca önəmli bəndə çevirir”.

Analitik qeyd edib ki, hazırda bu səbəbdən müxtəlif KİV-lərdə İlham Əliyevə qarşı informasiya kampaniyası təşkil olunub. Variantlardan birinə əsasən, İran bir neçə hissəyə, o cümlədən Kürdüstan, Bəlucistan və Azərbaycan Təbrizinə bölünməlidir.

Tam mənasilə həmin həftə məlumat olub ki, İran Kürdüstanının təmsilçiləri İİR mərkəzi hakimiyyətinə qarşı birgə fəlaiyyətin koordinasiyası üzrə məsləhətləşmələrin keçirildiyi ABŞ Dövlət Departamenti və Pentaqona dəvət olunublar.

Ekspert qeyd edib: “İsrail və Səudiyyə Ərəbistanı bunda önəmli rol oynamalıdır. İsrail və ABŞ İrana qarşı gələcək müharibə üçün SƏK hərbi pilotlarının hazırlığını həyata keçirir, bütün silahlar və hərbi texnologiyalar, o cümlədən kəşfiyyat və əməliyyat məlumatı həm Təl-Əvivdən, həm də Vaşinqtondan çatdırılır. Buradan da nəticə çıxarın”.

Şabanov xatırladır ki, qadağan edilmiş İŞİD terror qruplaşması sadəcə heç yerdən peyda ola və həmçinin heç hara yox ola bilməzdi – o, sadəcə,  dislokasiyanı dəyişib və yatan özəklərə çevrilib. Bir hissəsi Şimali Əfqanıstana keçirilib. Onlar Suriyada sınaqdan keçirilmiş əməliyyatları iks saatında yenidən başlayacaqlar. Bunun təsdiqi – İran xüsusi xidmətləri bu gün həm ölkə daxilində, həm də sərhədlərdə bu özəkləri üzə çıxarır və terrorçuları məhv edir.

Kanadalı analitik yekun vurub: “İndi Əfqanıstanda baş verənlər rəsmi hakimiyyəti Taliban hərəkatıyla barışdırmaq cəhdləridir. ABŞ artıq Rusiyanı Talibana dəstəkdə ittiham etməyə başlayıb – Vaşinqton günahkarı təyin etmək üçün bunu edir. Başa düşdüyünüz kimi, bunda yenə də Moskva və Tehran günahkar olacaq. Lakin amerikalılar üçün gündəlikdə birinci növbədə İran durur, növbəti hədəf isə RF olacaq”.

 

Matreialı Əziz Pirimkulov hazırlayıb

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 1 219          Tarix: 23-06-2018, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma