Leonid Berşidski
“Bloomberg”
Trampın İrana dair ən son “tweet”i – “keçmişlə müqayisədə, sonsuz əziyyətli nəticələr” sözləri 2017-ci ilin avqustunda Şimali Koreya üçün yazdığı təhdidin demək olar ki, təkrarıdır; bundan başqa, Tramp dünyanın əvvəllər heç görmədiyi “od-alov, qəzəb və açıq-aydın güc istifadəsi” vəd edib. Amma bu dəfə Trampın İrana qarşı qaşlarını çatmasının pis sonluqla bitəcəyi ehtimalı var.
Bazar günü İran prezidenti Həsən Ruhaninin çıxışı (“aslanın quyruğu ilə oynamama”) güclü təpki doğurub. Ruhani deyib: “Amerikalılar bilməlidir ki, İranla sülhün bərqərar edilməsi İranla müharibələrin anasıdır”.
Əlbəttə, Ruhani ABŞ-a hücum etmək təhdidi səsləndirməyib, amma İrana hücumun aqibətindən xəbərdar edib. Şimali Koreyadan fərqli olaraq, ritorika davakar deyil: İranın nüvə silahı yoxdur və ABŞ-ın ənənəvi hərbi qüdrəti ilə yarışa bilməz. Amma iranlılar Trampı Şimali Koreya lideri Kimdən daha çox qəzəbləndirirlər, güclü olduqlarına yox, onunla birlikdə oynamaqdan imtina etdiklərinə görə.
Kim Trampla görüşməyə razı olub və bu, böyük teleşou üçündür. Şübhəsiz, Tramp üçün bu şou, ölkəsinin Şimali Koreya ilə problemləri ilə müqayisədə, daha vacibdir: Sinqapurda əldə edilən dumanlı razılaşmalar haqqında az şey məlum olsa da, Tramp artıq “Twitter”-də Kimi təhqir etmir.
İranlı liderlər, öz növbəsində, Trampla danışmağa meylli deyillər. İran rejiminin beynəlxalq səslərindən olan “Mehr” Xəbər Agentliyi bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyasına qatılarkən, Ruhani ilə görüşmək üçün Trampın səkkiz dəfə onunla ünsiyyətdə olmaq istədiyini bildirib. Bunu agentliyə Ruhani administrasiyasının başçısı Mahmud Vaezi deyib.
“Səkkiz dəfə” bəlkə də şişirtmədir, amma “Washington Post” da ötən il Trampın bir yığıncaqda Ruhani ilə maraqlandığını və Fransa prezidenti Emmanuel Makrondan bu məsələdə vasitəçilik etməsi barədə məlumat verib. Həmin cəhd də boşa çıxıb.
Çox ehtimal ki Tramp 2015-ci ilə qədər uzun müddət qüvvədə qalmış İranla çoxtərəfli nüvə razılaşmasında ABŞ baxımından maraqları üçün çox zəif olan məqamları yenidən müzakirə etmək istəyib. Beləliklə, İranın təhqirinin nəticəsi olaraq, may ayında Tramp ABŞ-ı müqavilədən çıxarıb.
İsrail baş naziri Binyamin Netanyahu Bəşər Əsəd və onun müttəfiqi Rusiya prezidenti Vladimir Putinə çəkmələrini döyəcləməsini təmin etdiyi üçün İslam Respublikasının Suriyadakı iştirakına diqqət çəkdirərək Trampı ustalıqla qəzəbləndirib. Liderləri Trampla rahat əlaqələr qurmaq üçün işləyən Səudiyyə Ərəbistanı da Trampın bölgədə İranın təsirinə maneə törətməsini istəyir.
Sinqapurdakı fürsət indi çox gec ola bilər. İrana Trampın qəzəbi pis nəticələrə davam edəcək.
Güman ki Suriyada bu büruzə çıxmayacaq. Netanyahu Suriya-İsrail sərhədindəki Colan Təpələrində Əsəd qoşunları bölgəni ələ keçirərkən, İran qüvvələrindən qorumaq üçün Putinlə işləyir. Göründüyü kimi, Putinlə qeyri-rəsmi müqavilə imzalayıblar, Rusiya Suriyada İranın hərbi infrastrukturuna İsrail hücumlarına etiraz etməyəcək.
Tramp Helsinkidə Putinlə görüşdə Rusiya-İsrail razılaşmasını təsdiqləyib. Hələ ötən həftə o deyib: “Prezident Putin Netanyahu ilə Suriya ətrafında və Suriyada, xüsusilə İsrailin uzun müddətli təhlükəsizliyi ilə bağlı işlər görür və bu mövzuda bir sıra müzakirimiz olub”.
Trampın məmnunluğuna uyğun olaraq Putin və Netanyahu vəziyyəti idarə etdikdə, ABŞ Suriyada hərbi baxımdan iştirak etmə ehtiyacı duymur. Ancaq təhdid başqa yerdə də var. İranlı liderlər – həm Ruhani, həm də Ayətullah Əli Xamnəi – son zamanlar İranın neft ixracına icazə verilmədiyi halda, digər Fars körfəzi ölkələrinin də bunu edə bilməyəcəyini bildirib. Bu, Hörmüz boğazında təhlükəli bir təhdid kimi şərh edilə bilər; dünya neft ixracının təxminən 30 faizi buradan keçir və bəzi aşağı səviyyəli iranlı səlahiyyətlilər açıq bir şəkildə belə bir planın olduğunu söylədilər.
İranın təhdidlərində bu qədər uzağa gedəcəyi şübhə doğurur, çətin ki, o, ABŞ-la hərbi qarşıdurma riskini nəzərə almayacaq, xüsusilə də bölgədəki dəniz qüvvələrinin əsasən 1960-cı və 70-ci illərə aid gəmilərdən ibarət olması faktı ilə. Bu İranın qalib gələ biləcəyi döyüş deyil. Buna görə də, ABŞ İran tankerlərinin Hörmüz yolu ilə çıxışına mane olsa, İran alternativ, quru ixrac marşrutlarına konsentrə olunacaq və Aİ, Rusiya və Çin vasitəsilə ABŞ sanksiyalarına qarşı mübarizə aparacaq.
Aİ ölkələri noyabr ayında ABŞ sanksiyalarının tam qüvvəyə mindiyi zaman İran üçün açıq maliyyə kanallarını saxlamağa çalışır.
İranlı liderlərinin, Kim və Putin kimi, Trampla danışması müdriklik olardı, ən azı əlaqə yaratmaq və ABŞ-ın bəzi rahatlıqlarını təmin etmək üçün. Amma onların yanaşması əməli deyil: şənbə günü Xamnəi ölkənin ” diplomatiyanı ideologiyadan ayırmayacağını” vurğulayıb. Daxili böhranlara maneə törətməklə, İran yalnız iqtisadi qarşıdurmaya hazırlaşır.
Fəlakətli nəticə olmayacaq amma mərc var. Nüvə razılaşmasından əvvəl ABŞ müttəfiqləri və hətta bəzi düşmənlərinin köməyi ilə İranı cəzalandırıb. Tramp sayəsində bu gün tam başqa cürdür.
Tərcümə: Strateq.az
Paylaş: