İrina Corbenadze
rosbalt.ru, 31.07.2018
İrəvanın respublikadakı RF sərhədçilərinin statusunu yenidən nəzərdən keçirməsi haqda ziddiyyətli məlumatlar yayır. Nədir bu: Moskvanı şantaj, yoxsa hakimiyyətdə ixtilaf? Baş nazir Paşinyan hələlik bundan danışır ki, həm RF-nin hərbi bazası, həm də Rusiya sərhədçiləri Erməınistana çox lazımdır.
Ermənistan müdafiə naziri David Tonoyan İrəvanın respublikanın Türkiyə və İranla sərhədlərində, habelə paytaxtın Zvratnots aeroportunda xidmət aparan Rusiya sərhədçilərinin statusunu yenidən nəzərdən keçirmək niyyəti haqda jurnalistlərə məlumat verib. Tonoyanın izah etdiyi kimi, “müqavilə-hüquqi dəyişikliklər tələb edən problemlər meydana çıxıb”. O, əmin edib ki, bu dəyişikliklər hökmən ediləcək.
Ya nazirdə məsuliyyət çatışmazlığı var, ya da o, “kinli polis” rolunu oynayır. Buna görə də onun, nədənsə xəbərdarlıq etmədən Panik kəndində atışma (düzdür, döyüş patronlarilə deyil) təşkil etmək qərarına gəlmiş 102 saylı Rusiya hərbi bazası hərbçiləri ilə bağlı həqiqətən də biabırçı hadisənin bəhanə rolunu oynadığı bəyanatından dərhal sonra Ermənistan baş naziri Nikol Paşinyan “Эхо Москвы”ya müsahibə verib. Onun birbaşa çıxışı nazirin Ermənistanda mənzillənmiş Rusiya sərhədçilərinin statusu haqda müqavilənin “daşa həkk olunmadığı” haqda mühakimələrini rədd edib.
Paşinyanın sözlərinə görə, Rusiya hərbi bazası və sərhədçilərinin Ermənistanda yerləşməsi respublikanın milli maraqlarına uyğundur. O deyib ki, baza Ermənistanın “təhlükəsizlik sisteminin olduqca önəmli hissəsidir”. Baş nazir qeyd edib ki, amma bu, onunla bağlı problemin olmadığını bildirmir. Rusiya sərhədçilərinin ER-də xidmətinə gəlincə, “bu, Ermənistana çox lazımdır… Bizim silahlı qüvvələrimiz bu vəzifədən azad olunub, bu uzunluqda sərhədin müdafiəsini öz üzərimizə götürmək bizim üçün böyük yük olardı”.
Paşinyan öz üzərinə “yaxşı” polis rolunu götürüb və bu daha çox şəkləndirir. Ermənistan rəhbərliyinin xarici siyasətdə davranış manerası bu halda artıq həddindən artıq çoxlaylı görünür. Ya da sadəcə çox axmaqcasına: üzrü günahından baha. Həm bu, həm də o biri “məhsul” dar millətçiliyin ifrat təkəbbürüylə doyğun, rasional başlanğıcın olmadığı isterik ictimai-siyasi müzakirələr üçün əlavə enerji verir. Lakin müdafiə nazirinin, az qala, kütləvi antirusiya əhvali-ruhiyyəsi fonunda səslənən bəyanatının arxasında nə gizlənir? Hansı məqsədi güdür? Hərbi sahədə Rusiya-Ermənistan münasibətlərinin gerçəkdən yenidən nəzərdən keçirilməsi? Qərbdə eşidilmək və onu razı salmaq arzusu? “Sınaq şarı” buraxmaq və cavabında, politoloq Levon Şirinyanın “Lragir”dəki ifadəsinə görə, “Ermənistanın var-yoxunu hərfi mənada oğurlayan” Moskvanın necə “təngə gələcəyinə” baxmaq? Onun sözlərinə görə, həm də indi “ Paşinyan münasibətləri Moskvaya birtərəfli tabeçilikdən” çıxarmağa cəhd edir və bunun üçün onda xalqın “mandatı” var.
Politoloqun dediyi kimi, Moskva “Ermənistanı üzüyola, Rusiyaya təvəkkül edən görməyə vərdiş edib. Amma Rusiya Ermənistanı bir dəfə də xilas etməyib, əksinə, onu satıb və yalançı vədlərlə yemləyərək Azərbaycanla münasibətlər qurub. İndi bərabərhüquqlu tərəfdaşlığa razılaşmalı olacaq… Ermənistanla münasibətlər olmadan Rusiyanın Yaxın Şərq siyasəti, o cümlədən Suriyada sıfıra enir… Və Rusiya öz qiymətini ödəməlidir… Xalqımızın şüuruna yeritmək lazımdır ki, ruslar bizim yekə qardaşımız, biz isə onun böyük qardaşıyıq… Əks halda hərbi bazanın qalmasının qanunvericilik əsasları haqda düşünmək lazım gələcək. Qoy bizi türk uyuğuyla qorxutmasınlar”.
Lakin ermənilər Osmanlı imperiyasında erməni soyqırımını qəbul etməyən, bu imperiyanı bərpa etməyə can atan və başlıcası, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsində Bakıya fəal əl tutan ölkəylə 280 km uzunluqda sərhədə malik olmaqla “uyuq”dan nahaq yerə qorxmurlar.
Xatırladaq ki, Ermənistanda cəmi 4,5 min Rusiya sərhədçisi yerləşib və respublikanın Türkiyə və İranla hüdudlarını gözətləyir, Azərbaycanla sərhədi isə Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri, Gürcüstan sərhədini Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları qoruyur. Əlbəttə, durum son zamanlar dəyişilib: Türkiyə NATO-da qalır, amma alyansla münasibətləri son dərəcə soyuqlaşıb. Ankaranın blokdan çıxması və Avrasiya inteqrasiyasını möhkəmləndirmək haqda getdikcə daha çox səslər çıxır. Lakin bütün bu “köpüklər” yata bilər və uyğun olaraq, Rusiyanı Ermənistandan sərhədçiləri çıxarmağa, ən yaxın sərhədləri NATO üçün açıq qoymağa, habelə Cənubi Qafqazdakı nüfuzunu tam silməyə qədər çatdırmağa vadar etməyə qabil deyil.
Bu arada hərbi baxımdan Moskvadan asılı Ermənistan artıq açıqca NATO ilə əməkdaşlığa can atır. Keçən il əvvəlki hökumətin dönəmində alyansın təlimlərinə qatılmaqdan imtina edib, bu il isə avqustda Gürcüstanda keçiriləcək “Nobel partner” təlimlərinə qoşulacaq. Və yenə də haça-paça: müdafiə naziri Tonoyan əmindir ki, “Ermənistanın NATO ilə əməkdaşlığı KTMT üzrə müttəfiqlik öhdəliklərimizə zidd deyil”.
Amma Ermənistanın nə KTMT-də, nə də NATO-da “öz səsi” var və bu cür aşkar ziddiyyətli xarici siyasətlə, çətin ki, qazansın. Respublikada hakimiyyət və xarici siyasət yönləri də dəyişilib. Ancaq hətta Panik kəndindəki qədər istənilən qalmaqala siyasi boya verildiyinə və bunun Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlığını kəsmək haqda söz-söhbətə bəhanə rolunu oynadığına baxmayaraq, bu yönlər gerşəkləşdiriləndirmi?
Ümumiyyətlə, Ermənistan xarici siyasətinin məntiqsizliyi olduqca üzücü olub. Bir tərəfdən, dəridən-qabıqdan çıxır ki, Qərbi razı salsın, ondan böyük yatırımlar əldə etsin və respublikanı Rusiyanın təsirindən çıxartsın. O biri yandan, Paşinyan Moskvaya “şirin nəğmələr” oxuyur, çünki Azərbaycan və Türkiyədən, habelə “yanğın halında” NATO-nun əl uzadacağına güvənməyin mümkünsüzlüyündən qorxur. Həm də Ermənistanın bütün hərbi strukturu sovet və Rusiya nümunəsinə uyğundur və NATO ladına keçmək alyansn böyük pullarını və uzun vaxt tələb edir. Başlıcası isə Qərbin respublikaya həm bunu, həm də o birini sərf etmək arzusunu. Bu isə hələlik görünmür.
Bax, belə çıxır ki, suveren dövlət sayıldığına baxmayaraq, Ermənistan hamıdan asılıdır. Amma xeyli dərəcədə Rusiyadan. O, yeni hakimiyyətin “qeyri-kafi” davranışından sonra ucuz silah krediti alacaqmı? Şübhəlidir: Moskva çox ciddi zəmanət tələb edir, pulla vacib deyil, amma mütləq Rusiyanın Ermənistanda hərbi iştirakıyla. Artıq söz-söhbət və şantaj olmadan.
Bir də nə silah! Paşinyan Moskvanın həmin radiosunun efirində bildirib ki, nüvə energetikası olmasa, Ermənistan ötüşə bilməz və Metsamordakı AES-in istismar müddəti yeni atom reaktorunun inşasınadək 2040-cı ilə qədər uzadılacaq (Avropa Birliyi stansiyanın bağlanmasını tələb edir). Kim inşa edəcək? Qərbyönlü erməni lider burada da Rusiyanın yardımına bel bağlayır.
Burada hansı müstəqillik var! Bununla belə, Ermənistan hökuməti yenə də öz içində “rus məsələsi” üzrə anlaşmalıdır, əks halda onun hər bir bəyanatı artıq olduqca qeyri-ciddi görünəcək: müdafiə naziri baş nazirə, baş nazir isə özünə və elementar məntiqə zidd danışır. Deyilənlərin təsdiqi kimi Paşinyandan daha bir “əsər”. “Əlbəttə”, Ermənistan NATO-ya girməyə can atmır – məqsədi “KTMT-i daha effektli etməkdir”. Amma “NATO ilə əməkdaşlıq davam edəcək”. Paşinyan əmin edib ki, bu, heç kimə qarşı yönəlməyib.
Yuxarıda ifadə edilənin kontekstində qeyd etməyinə dəyən maraqlı bir ayrıntı: İrəvan KTMT-nin indiki anda Ermənistan təmsilçisi Yuri Xaçaturovun olduğu baş katibinin dəyişilməsini tələb edib – respublikada ona qarşı cinayət işi qaldırılması bəhanəsilə. Xaçaturov 2020-ci ilədək baş katib postunu tutmalıdır. Onu tutduğu vəzifədən azad etsələr, yerinə yenə də Ermənistan təmsilçisi təyin edilməlidir. “Yeni düşüncə” ilə yeni komandadan və Moskvanın buna inamı qətiyyən yoxdur.
Ümumiyyətlə isə, Ermənistanın yeni hökuməti Paşinyan komandasını dəstəkləməyən, ya da əvvəllər idarəçilikdə olanların hamısına qarşı indi cinayət işi qaldırır. Ta ki eks-prezidentlərə qədər. Əlbəttə, istənilən inqilabı müşayiət edən daxili proseslər haqda danışmaq olar, amma bunlarda xarici siyasət konteksti də gözə dəyir: “əski” hökumət və “əski” burjua Rusiya ilə ehtiyatlıydı, indi isə yeni, öz şərtlərini diktə edəcəyinə əmin olanlar gərəkdir – o cümlədən KTMT-dəki məmurlar da. Axı Paşinyan bu təşkilatda islahat aparmaq fikrinə düşüb və elə bil, səmimi hesab edir ki, Ermənistan uyğun vəzifənin öhdəsindən gəlməyi bacarar. O xüsusən də KTMT-nin “effektivliyinin” yüksəldilməsi haqda yorulmadan vird edir. (yəqin, bu bildirir ki, o, Azərbaycanla müharibədə Ermənistanın tərəfini tutmalı və Belarus və RF-ni ona silah satmamağa məcbur etməlidir). Habelə “qarşılıqlı öhdəliklər dəqiqləşməlidir”.
Bu cür boşboğazlıq və “axırına çıxılmayanların” repressiyası, ziddiyyətli – o cümlədən, Rusiyaya münasibətdə və onun Ermənistanda iştirakı haqda bəyanatlarla erməni xalqının siyasi gözləntilərinin icrasını xəfifcə dəyişdirmək mümkündürsə, onda bu, inqilabçıların çeynənmiş olsa da, təcrübədən yaxşı keçmiş üsuludur. Amma onun effektivliyi “daxili istehlak” seqmentində uzunömürlü deyil, xarici münasibətlərdə isə son dərəcə təhlükəlidir.
Tərcümə Strateq.az-ındır.
Paylaş: