Xəbər lenti
Dünən, 19:25

Stanislav Tarasov

regnum.ru, 05.08.2018

 

Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova NATO-nun Gürcüstanda keçirilən “Noble Partner” (“Layiqli tərəfdaş”) birgə təlimlərini sıradakı şəkildə şərh edib: “Biz bununla razılaşa bilmərik ki, bu təlimlər Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradır. Bu təlimlərin əsil məqsədi Abxaziya, Cənubi Osetiya və Rusiyaya güc basqısı törətməkdir. Təəssüf doğurur ki, Gürcüstanla qonşu ölkələr bu şübhəli tədbirə cəlb olunub”.

Gürcüstanla bağlı hər şey sanki aydındır, o, var gücüylə NATO-ya can atır. Lakin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verildiyi kimi, Bakı “səhra şəraitində NATO standartlarının tətbiqi,  NATO/SNT ölkələrilə qarşılıqlı fəaliyyətin məşqi və təkmilləşdirilməsi məqsədilə rota səviyyəsində” bu təlimlərə ilk dəfə qatılıb.

İndi də Bakının öz siyasətini haşiyələdiyi söz fəndgirliyi haqda. Qərbi Kaspi  Universitetinin professoru Fikrət Sadıqov sıradakı saqadan xəbər verib: guya “Azərbaycan Şimali Atlantika alyansına can atmaq və bu məsələni sürətləndirmək üçün deyil, tarazlaşdırılmış çoxyönlü xarici siyasət həyata keçirdiyi” üçün təlimlərə qatılıb ki, “ölkənin ərazi bütövlüyü təmin edilsin”.

İrəvana gəlincə, Sadıqovun  fikrincə, “Ermənistanın yeni rəhbərliyi iki kürsüdə əyləşməyə cəhd edərək birmənalı şəkildə vurnuxur, yeni baş nazir Paşinyan isə Brüsselə gedir, Avropa dövlətləri başçılarının, ABŞ prezidentinin qılığına girir, çox şeylər vəd edən, Rusiya-Ermənistan münasibətlərinə zidd gedən və bu tərəfdaşlıq əlaqlərinin maraqlarına cavab verməyən müsahibə verir”.

Öz tərəfimizdən şərh edək ki, KTMT üzvü İrəvan bu təlimlərdə guya cəmi dörd zabitlə təmsil olunub. Amma bu, prinsipcə heç nəyi dəyişmir. Fakt budur ki, Ermənistan NATO-nun hərbi təlimlərinə qatılıb və bu, Rusiya XİN tərəfindən uyğun dəyərləndirilib. Hətta Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttində bir-birinə qurğuşun yağdıran Azərbaycan və Ermənistan hərbçiləri NATO-nun aşkar antirusiya meylinə malik təlimlərində tərəfdaş kimi çıxış edirlər. Bu paradoksu kim və necə izah edər və Bakıyla İrəvan iki kürsüdə əyləşməyə, demək olar, eyni cür cəhd və az qala, eyni sözlərlə onu “dost tərəfdaşlıq münasibətləri”nə əmin etdiyi halda Moskva necə hərəkət etməlidir? Buna görə də, fikrimizcə, söhbətin bölgəsəl təhlükəsizliyin təminatından getdiyini bəyan edərək Gürcüstana sarı irəliləməklə Ermənistandakı Rusiya hərbi bazasının hərbi təlimlərinə başlamaq məntiqli olardı. Amma Ermənistanın yeni hakimiyyəti bunun üçün əlverişsiz şərait yaradıb. Çarəsiz qalmışıq. Əgər KTMT üzvü Ermənistan və Gürcüstanda NATO təlimlərinə ilk dəfə qatılan Azərbaycan təkcə NATO bayrağı altında birgə görünmək deyil, həm də Rusiyaya münasibətdə ikili siyasi standartlardan istifadə etməyə başlayıbsa, bu bildirir ki, Moskvanın bu bölgədəki siyasətinin əvvəlki resursu tükənib. Bununla bağlı İldırım Bəyazit adına universitetin professoru, Rusiya Araşdırmaları İnsitutunun başçısı Salih Yılmazın yazdığı kimi, Rusiya “Ermənistanda arxa cəbhədən zərbə alıb, ABŞ isə Paşinyanın hakimiyyətə gəlişilə özünə taktiki üstünlük təşkil edib”.

Düzdür, İrəvan, Tiflis və potensialca Bakının necəsə bir “Qərb oxu” qurmağa səy göstərdiyi haqda fərziyyələr olduqca cürətli görünür. Yaxşı nəticəni də istisna etmək olmaz – Paşinyan və komandasının bütün hərəkətlərini hələlik təcrübəsizlikdən savayı heç nə ilə izah etmək istəmirsən. Amma Cənubi Qafqazdakı hadisələrin gedişatı gözlənilənliyi tərgidir və orada ən inanılmaz ssenarilər mümkündür.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 442          Tarix: 6-08-2018, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma