Azərbaycanla Tacikistan arasında münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir.
Trend-in məlumatına görə, bunu Tacikistan Prezidenti Emoməli Rahmon ADA Universitetində keçirilən “Global Perspective Lecture Series” adlı mühazirələr çərçivəsində çıxışı zamanı deyib.
Prezident ümidvar olduğunu bildirib ki, ötən gün əldə olunan razılaşmalar iki ölkə arasındakı münasibətlərə yeni məzmun verəcək.
E.Rəhmon ADA Universitetinə bu tədris müəssisəsində formalaşmış xoş ənənələrin artmasında, burada təhsil alan tələbələrə isə təhsildə və qardaş Azərbaycanın maraqlarının müdafiəsində uğurlar arzuladı.
ADA Universitetinin rektoru Hafiz Paşayev isə qeyd edib ki, Tacikistan tələbələri təkcə diplomatik fakültəyə yox, həm də digər fənlər üzrə universitetə yollaya bilər.
Paylaş: