Xəbər lenti

Transxəzər boru kəmərinin çəkilməsi bütün Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Transxəzər qaz kəmərinin inşasının mümkünlüyü barədə suala cavab verərkən deyib.

İ.Bratçikov bildirib ki, Konvensiyanın 14-cü maddəsinə əsasən, tərəflər bu boru kəmərini çəkə bilərlər: “Lakin tikinti layihəsi beynəlxalq müqavilələrdə göstərilmiş ekoloji tələb və standartlara cavab verməlidir”.

O xatırladıb ki, 2018-ci il iyulun 20-də Moskvada 5 Xəzəryanı ölkənin ekologiya nazirləri Konvensiyanın 14-cü maddəsində də qeyd olunan 2003-cü il Tehran Konvensiyasına transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə protokol imzalayıblar:

“Bu protokol Xəzər dənizinə çıxışı olan 5 dövlətin hər birinin transsərhəd xarakter daşıyan, potensial olaraq Xəzərin təbii mühitinə toxuna bilən dəniz fəaliyyətinin hərtərəfli ekoloji ekspertizasında iştirak hüququnu möhkəmləndirir. Xəzərin bir sahilindən digərinə karbohidrogenlərin daşınması kimi irimiqyaslı invaziv layihələr avtomatik olaraq bu protokolun fəaliyyəti altına düşür. Belə olan halda, əgər Transxəzər boru kəmərinin tikintisi üzrə real plan hazırlanarsa, istənilən Xəzəryanı ölkə zəruri hesab etdiyi təqdirdə hələ layihələndirilmə mərhələsində ikən Xəzərin ekologiyası üçün belə kontruksiyaların mümkün nəticələrinin qiymətləndirilməsi proseduruna qoşula bilər”.

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 458          Tarix: 18-08-2018, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma