Zahid ORUC,
Milli Məclisin deputatı
II YAZI
(I yazını bu linkdən oxuya bilərsiniz: DEPUTAT HAKİMİYYƏT DÜŞƏRGƏSİNİ “TOPA TUTDU”:“Əliyevin portreti altında əyləşib sərvət toplayanlar, niyə susursunuz?!“
…Şübhə etmirəm ki, Abbas Mustafayevin adı və siyasi kimliyi indiki nəslə heç nə demir. Lakin 90-cı illərin ortalarında onun ya mənfəət, ya da səmimi duyğularla etdiyi bir hərəkətə dövlət başçısının verdiyi reaksiya əksəriyyətin tanımadığı bir ismi xatırlamağıma səbəb oldu.
Sovetlər Birliyi dağılandan sonra zamanın sərt siyasi qasırğaları dünənin ümumxalq sevgisinə sahib olan liderləri bir göz qırpımında yerlə bir elədi. Halbuki Napoleon Fransasında olduğu kimi, milyonlarla insanın öz evini, eşiyini və son tikəsini verdiyi inqilabi elitanın vəd etdiyi demokratiya cənnətini qurmağa tam imkanları vardı, amma nəinki silahlı cəbhədə, eləcə də diplomatiya və dövlət səngərində yaşanan silsilə məğlubiyyətlər elə bir kütləvi psixoz yaratdı ki, milli inamın yenidən bərpa olunacağı artıq ağlasığmaz görünürdü. Ancaq millət alternativlərsiz yaşaya bilməz axı. Əgər müasir metodlar işləmirsə, onda bəlkə, ənənə və tarixi köməyə çağırasan?
Bəllidir ki, İslamın ilk yaranışı və yayılması dövrü yalnız şəxsiyyətlərin müstəsna rolunu qabardır. Orta əsr kiçik milli dövlətlər və son xanlıqlar əsrində də bizim ayrı təcrübəmiz olmayıb. Kollegial idarəçilik, azadlıq haqda bill və hüquq bərabərliyi barəsindəki manifestlər qoca qitənin- avropalı dövlətlərin təcrübəsdir. Amma onlar da Oliver Kromvelsiz, Corc Vaşinqtonsuz, yaxud Otto fon Bismarksız ötüşə bilməyiblər.
Elə isə, fərqli bir formasiyanın lideri olan böyük Heydər Əliyevin ətrafında birləşməklə milyonları ayağa qaldırmaq mümkündürsə, belə seçimdən niyə imtina edəsən ki?
Məgər, islam xilafətini quran ərəblər Məhəmməd peyğəmbərin (s.ə.s.) səmadan gələn missiyasını qəbul etməyib, hansı alternativ yolla gedəsiydilər ki? Seçilmiş bəndələrsə hər zaman ümmətlərini onlara bənzəməyə və haqq yolu ilə getməyə çağırırlar. Ona görə 7-cı əsr xürafatından və milli geriliyindən xilas olmağa can atan səhra toplumunun inanclı övladları öz rəhbərlərinin yolunda şəhid olmağa hazır idilər.
1994-cü ilin qarlı-şaxtalı yanvarında Horadiz çöllərində köhnə sovet tanklarının üstünə “Əliyev uğrunda, irəli!” yazan əsgərlər də eynən vətəni və xalqı TƏK ADAMIN timsalında görür, onun uğrunda canlarını verirdilər. Axı ona qədər heç bir lider səngərdə əsgərlə çiyin-çiyinə dayanmamışdı, məğlubiyyətə düçar olan ordunu tək xarizması ilə səfərbər edə bilməmişdi. Məsələn, xalqın müəyyən bir qisminin ruhi sevgisinin baş ünvanı olan Əbülfəz Elçibəy öz populyarlığının pik nöqtəsində belə, oxşar özünüfədaya layiq görülmədi.
Bax, o illərdə paytaxt guşələrinin birində adı tez-tez məhəlli qovğalarında hallanan və yaratdığı Universitetin ətrafına sipər çəkmək istəyən bir şəxs Heydər Əliyevin büstünü otağında nümayiş etdirərək, Rəhbərə əqidə bağlılığını orijinal bir formada ifadə etməyə çalışır.
Doğrudur, Abbas Mustafayevin sevgisini tunc statuaya çevirmək istəyi nə qədər cəsarət nümunəsiydisə, bir o qədər də riskliydi. Çünki 5-6 il əvvəl bütün dünya sosialistləri yığışıb proletar inqilabının liderlərinin heykəllərini yerlə bir edəndə, təzədən demokratik quruluşlarda milləti cansız pyedestalların üzərindən yönləndirməyə çalışmaq qeyri-müəyyən nəticələr doğura bilərdi. Üstəlik də ağır hərbi-siyasi şəraitdə yaşayan Naxçıvan əhalisi mənəvi qalaya çevirdikləri Öndəri təkcə qəlblərində deyil, xalça sənətində, folklorda, ədəbiyyatda, bir sözlə, mədəniyyət və incəsənətin tanıdığı bütün növ xalq yaradıcılığında tərənnüm etməyə çalışmışdılar.Və hər dəfə də onların cəhdləri Heydər Əliyevin sərt müqaviməti ilə qarşılaşmışdı.
Abbas Mustafayevin fərdi qəhrəmanlığına özünəxas müdrikliklə reaksiya verən Siyasi Patriarx bir adamın şəxsində o istəkdə olanların hamısına belə mesaj vermişdi:“Mən həyatda olmayanda, bunu edərsiz”!
Nə qədər dahiyanə və uzaqgörənliklə deyilmiş bir nəsihətdir, deyilmi? Sözsüz ki, Ulu Öndərin heç bir heykələ ehtiyacı yox idi və onun dünyəvi yerini, dövlətqurma məharətini, tarixi siyasi çəkisini müəyyən edən parametrlər tamam başqa idi. Di gəl, xalqın qurucu əllərini buxovlaya bilməzsən.
Ən kasıb bir insanın komasında, yaxud yüz minlərin ürəyinin başında gəzdirdiyi GENERAL şəklini onlara kim qadağan edə bilərdi ki? Deməli, bir parça gildən, yaxud mərmərdən yoğrulan əsərlər ümumxalq sevgisi ilə qarışanda onu heç kəs yandıra, əzə və yıxa bilmir. Necə ki, qəlbən, təmənnasız yazılan kitablar, çəkilən filmlər də qalıcı və əbədi olur.
Lakin Azərbaycanın və Şərq dünyasının nüfuzlu xanım lideri Mehriban Əliyevanın müsahibələrinin birində söylədiyi “Ulu Öndər haqda arzuladığı əsəri hələ oxumaması” uzun illər böyük Heydər Əliyev dünyasını yaxından izləyən və onun Həyat-Siyasət Akademiyasında kamil bir səviyyəyə çatan Birinci Ledinin tələbkarlıq kriteriyalarının yüksək olması ilə bağlı deyil. Məsələ heç dönüklər ordusunda, yaxud vəzifə-mənafe mürəkkəbinə batırılan qələmlərdə də deyil. Zatən tarixin üzü bir az soyuqdur. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılanda ən ağır KQB nəzarəti altında qalan və bütün qapıların onun yaxın ailə üzvlərinə bağlandığı illərdə də Mehriban xanımın bunların keçici olduğunu düşündüyünə heç bir şübhə yeri yoxdur.
Lakin ölkəyə on illik rəhbərlikdən sonra Azərbaycan torpağına qarışan və deməli, Vətənin bir parçasına çevrilən ƏLİYEVİN DÖVLƏTİni qorumaq üçün bir vaxtlar Horadiz düzündə həyatını verməyə qalxan təmənnasız – altruist oğullara əşhədü-ehtiyacımız var.
Necə ki, uca peyğəmbəri təkcə qan və ruh bağları ilə boy atan şəcərəsi qorumur, böyük dövlət adamlarını da daim sevən və hifz edən “Siyasi Əhli-Beyt aşiqləri”nə möhtac duyulur. Onlar nə paraya, nə də silaha yenilə bilməzlər.Və dinimizdə olduğu kimi,peyğəmbərin əbasının örtüldüyü simalar burada təkcə Əli (ə.s), Fatimə (ə.s.), Həsən (ə.s.) və Hüseynin (ə.s.) nəslindən olanlar deyil, bizim məmləkətə rifah gətirən hər kəsin Heydər və İlham Əliyev sevən siyasi “Əhli-beyt” ocağına qoşulmağa haqqı var. ..
Axı onsuz da əli qabarlı insanlar KİŞİNİ kənar bir məqsəd güdmədən qoruyurdular və heç vaxt ona yalnız bir partiyanın, bir qrupun, yaxud regionun başçısıtək yanaşmırdılar…
Bir neçə gün öncə, öz qəlbinin səsi ilə sosial şəbəkələrə çıxan kasıb bir etirazçını meydan qaragüruhu az-qala linç edirdi: “…Ağzında bir dişin yoxdur, özünü güllənin qabağına atıb deyirsən ki, Ulu Öndərin qəbri dövlətin məhək daşıdır”. Çox ilginc səhnədir. Düşündürücüdür. İbrətamizdir. Çünki adamı səmimi duyğularını dilə gətirdiyinə və heç bir özəl maraqlar güdmədiyinə görə daş-qalaq edənlər nə qədər düşməndirsə, bir o qədər də bahalı dişlərini böyük kreslolar hesabına əkdirib ən həlledici anda susanlardır. Elələri tankın-topun qarşısında nə edəcəklər?
Vaxtilə qızıl ulduzlarını sümürgənlik, yağmalama və terrorla parladan MTN rəhbəri gənc tələbələr – gələcəyin çekistləri qarşısında bəlağətli nitqlər söyləyəndən sonra gedib dövlətin baş binalarında Birinci Şəxsə sədaqət andı içirdi. Sonu hamıya bəllidir.
Heydər Əliyev ideallarına bağlılıq ilahi eşq kimidir, onu test etməyə ehtiyac qalmır. Məhz buna görə də MTN rəhbəri onu yaxşı tanıyan iki ağır çəkili dövlət adamını hər vəchlə ləkələməyə çalışır, onları keçərsə, hakimiyyət üzərində kabusa dönməyi düşünürdü. Heç vaxt gerçək çekistə çevrilə bilməyən bu şəxsə nə keçmişdə qovulduğu sistemi yenmək, nə də qarşısındakı zirehi aşıb keçmək nəsib oldu.
Uzun on illər ağır döyüşlərdən alnıaçıq çıxmağı bacaran və hər iki formasiyada Heydər Əliyevin həqiqi silahdaşına çevrilən Ramiz Mehdiyevzamanın təsadüfi dalğalarının gətirdiyi Mahmudov kimilərini avropalılara xas soyuqqanlılıqla ram edərək, rentgen şüası kimi qarşısındakını dəlib keçən və şeytan xislətlini faş edən nüfuzedici baxışları ilə hər çatışmada silahlı rəqiblərini tərksilah etməyi bacarırdı. Həyatı boyu müxtəlif xarakterlər və psixologiyalar qalereyasını DÖVLƏT APARATInda testdən keçirən, insan qəlblərinin əsil bilicisi olan siyasət akademiki üçün belələri gerçəkdən təsadüfi fiqurlar idi. Deyirlər, hər dəfə Sarayda 7-ci qata qalxaraq amiranə addımlarla və şax qamətlə Administrasiya rəhbərinin otağına yollanan gestapoçu nazirin sifətindəki zəhm və qorxunu az keçmiş solğun, məğlub görkəm əvəzləyər, digər qatlara keçmədən elə 2 nömrəli kabinetdəcə xəyalları puç olurdı.
O, sonralar öz yaxınlarına etiraf edirmiş ki, bəlkə də Suslovun, Qromıkonun və daha neçə-neçə Sovet Siyasi Büro nəhənglərinin eyni nəslindən olan adamlara qalib gəlmək mümkündür, lakin Ramiz Mehdiyevin daşıdığı ideallara bağlılığı tamam ayrı bir fenomendir…
Bir vaxtlar Birinci Adamın müavini hikkəsi ilə Aparat rəhbərinə qarşı savaş açan mütləqi-hakimlərdən biri, meydan tribunu, inqilabçı fəsiləsindən olan Sirus Təbrizli də “Sağ ƏL” ola bilməməsinin günahını başqalarında görərək, Saraya qarşı hücuma keçmişdi. Lakin onun da proloqu baş tutmayan park gəzisi və son anda sinəsinə düşən Yevgeni Satanovskinin kitabı oldu. Hə, elə bilin Bulqakovun Ustad və Marqaritasının fraqmental bir hissəsidir. Nə Elçibəyin birillik hakimiyyəti, nə Mütəllibovun dərəbəyliyi dövründə, hətta Xalq Cümhuriyyətinin kövrək 23 aylıq zamanında da oxşar miqyasda ideoloji-inzibati dünyanın akademikini tapmaq mümkün olmadı ki, Rəhbərinin seçdiyi yolu elmi, fəlsəfi və praktiki müstəvidə gerçəkləşdirməyə bu qədər yaxın olsun.
Ona görə də rəqiblərin tribunasında daim səslənən hakimiyyətdaxili parçalanma, regional və iqtisadi qruplar arasındakı savaş təbliğatı bütün komanda üzərində mütləq iradəyə malik olan Prezidentin birləşdiricilik gücü ilə toqquşaraq aşınıb tökülür və puç olur.
O biri yandan, Mehriban xanım Əliyevanın ölkə başçısından sonra bütün iqtidar komandası və sadə insanlar üzərindəki mənəvi hakimiyyəti dövləti möhkəmləndirir, qəlbən bağlı olduğu kursa sədaqət göstərənlərin yerini dəqiq müəyyənləşdirməyə kömək edir. Odur ki, sirli Şərq aləminin zəngin elmini, mədəniyyətini, bir sözlə ən ülvi dəyərlərini özündə daşıyan Mehriban xanım Əliyevanın arzuladığı kitabı hamının birgə əliylə yazmaq lazımdır. Bir millət, bir müəllif olmalıdır. Dövlət kitabını ərsəyə gətirmək üçün… Ulu Öndəri məbəd kimi qorumaq naminə…
Unutmayın, ötən əsrin 70 ci illərində həmin Parisin gizli dəhlizlərində İranda inqilab ssenariləri cızılırdı. Demək olar, hər gün Fransa qəzetləri Pəhləvilər əleyhinə təbliğat materialları dərc edirdilər. Doğrudur, Azərbaycan taxtına namizəd olaraq xaricdə hazırlanan Ruhulla Xomeyni kimisi yoxdur, amma hər gün bütün müqəddəsliklərə dil uzatmağa qısqırdılan bir ovuc ektsremist dəstə var. Əslində buna sərhədlərimizdən kənarda sistemli şpionaj fəaliyyəti kimi də yanaşa bilərik. Adlar açıqdır: Vidadi, Elşad, Leyla, Orduxan və digərləri… Tarixin ironiyasına baxın, nə vaxtsa prokurorluq orqanlarından rəzil varlıq kimi qovulan adamı, yaxud ABU adlı vəba-taun yuvasının dəhlizlərində tələbələrdən sədəqə dilənən şəxsi, o cümlədən birinci Qarabağ savaşında Müdafiə Nazirliyinin gizli hücrələrindən xaçlı ordenini doğrultmağa çalışan casusu tutub Strasburqun küçələrində muzdla gəzdirirlər. Belə köləliyin nümunəsi heç quldarlıq quruluşlarında da olmayıb. Onlar Nikolayın sakrallığını dağıdan Qərbin kəşfiyyat mərkəzlərinin əlində alətdirlər. Satqındılar. Xəyanətkardılar. Terrorçudular. Belələri yalnız İŞİD tör-töküntüləri kimi siyasi cəhətdən yox edilməli və edam kötüyünə gətirilməlidilər.
Kimsə güzəştə yer olduğunu düşünürsə, səhv edir. Çünki dövlət yalnız humanizm divarları üzərində inşa edilə bilməz. Avropa özünün icad etdiyi gilyotini əldən yerə qoyanda, bu günkü Suriya yaranır. Ona görə də bir vaxtlar Rus dövləti düşmənləri üzərində ictimai məhkəməni “Puqaçov kötüyü” üzərində həll edirdi. Əgər başqa cür olsa, bağdadilər, yaxud vidadi iskəndərlilər, elşad abdullayevlər, leyla yunuslar və orduxan temirxanlı kimi viruslar ətrafı bürüyər, həyat təhlükəli və dözülməz olar.
Heydər Əliyevin cisminin uyuduğu məbədə dil uzadanlara cavab vermək bir millət davasıdır və 1993-cü ilin çağırışlarından qətiyyən fərqli deyil! Orta mövqe tutan, saxta alicənablıq, kübarlıq örtüyü altında gizlənənlər, əbədi kreslo və varidat qoruyuculuğu üçün özlərini hamı ilə yaxşı etməyə ümid bəsləyənlər düşmən səngərində yer almış sayılmalıdır! Elələri üçün vazkeçilməz və sabit əqidə yoxdur. Çünki doyublar, yorulublar, tükəniblər və əhədləri kəsilib. Vidadi, Elşad, Leyla və Orduxan kimiləri nəşələndirən və hüdudsuz başıpozuqluğa sürükləyən də mövqesiz məmur və siyasətçilərdir. Elələri hökumətdən və bütün dövlət sistemindən kənarlaşdıqca, xalq Heydər Əliyev ideallarına əvvəlkitək daha böyük entuziazmını və məhəbbətini nümayiş etdirməkdə fəallıq göstərəcək.
Halbuki Klivlenddən başlayaraq, sayı azalan kitab prezentasiyaları və həlledici dönəmlərdə meydanlara çıxmayan partiyalı, partiyasız tərəfsizlər ordusu muzeylərdə, siyasi mərkəz və institutlarda hazırlanan yeni nəslin dövlətçilik ideallarına hansı məsafədə durduğunu aydın göstərir. Bəli, hər kəsdən vətənpərvərlik tələb etmək, hamını siyasi əsgərə çevirmək iddiası müasir dünyada absurd görünür. Lakin dövləti təkcə silahlı ordular qorumur! Baxın, hegemon gücü ilə öyünən ABŞ hər il ideoloji işə on milyardlarla dollar pul xərcləyir. Axı Kapitolidə yaxşı anlayırlar ki, insan qəlblərinin fəthi torpaqları tutmaqdan daha vacibdir. Yoxsa, siyasəti yalnız şüar və direktivlərlə qura bilməzsən.
Hər halda keçmiş sovet xalqları içərisində irəli getməyi ilə öyünən gürcü xalqının sabiq lideri Mixeil Saakaşvili ona bağlı qapılar arxasında Moskvadan və Vaşinqtondan nə səviyyəli tapşırıqların, əmrlərin gəldiyini açıq deyir. Hələ də xəyallar içərisində yaşayan və dövlət işinə macərapərəst nəzərlə yanaşanlara əyan olur ki, Putin istəyəndə ağır söyüşlər söyərək qarşısındakının kim olduğunu vecinə almaya bilir, yaxud qorxaq Sarkozi ağ kağıza qol çəkməyi tələb edərək, tez-tələsik ali dəyərləri tapdalayır və Kremli razı salan yollara baş qoyur, kovboy Buşsa ən həlledici anlarda telefon zənglərindən istədiyi qədər yayınmağı bacarır…
Belə olanda isə mütləq 2008-ci ilin avqustundakı Abxaziya və Osetiya rüsvayçılığı törəyir. Onda bəs necə olur ki, Azərbaycan lideri həmin qanlı-qadalı günlərdə dəstəyi götürüb Rusiyanın həqiqi sahibi ilə cəsarətlə danışa bilir, Batumidə yaralanan neft kəmərlərinin taleyindən əndişə duyduğunu dilə gətirir və Qafqazda boğulan adamları barıt qoxusundan bir qədər azad edir?! Hərçənd həmin qəzəbli 58-ci ordu Şimali Qafqazda kazarmalardan çıxıb üzü Gürcüstana doğru irəliləyəndə, onun önünə çıxan hər kəsi əzib qalib sifətində geri qayıdacağını bəyan etmişdi. Onda kim öz hakimiyyəti ilə belə risk edərdi?! Bütün bunlar hansısa bir rəsmi nəşrin iddiaları deyil, ABŞ məxfiyyəsinin gizli depeşeləri olan “Wikiliks” mətnlərindən gətirdiymiz iqtibaslardır.
Lakin İlham Əliyev bütün bunları edib və cəmisi 8 ay keçəndən sonra hələ region üzərindən güllələrin səsi, qoxusu çəkilməmiş Rusiya dövləti ilə ölkəmizin delimitiasiya xəttini bütövlükdə razılaşdıran misilsiz və fövqəladə əhəmiyyətli qərara imza atıb. 200 il ərzində siyasi azadlığına can atan bir millətin həyatında müstəqillik bəyənnaməsindən sonra belə tarixi nailiyyət hər bir Liderin xarakterini, iradəsini, əzmkarlığını və strateji hədəflərə doğru getmək bacarığını özündə aydın təcəssüm etdirir.
Ona görə də dövləti qorumaq üçün uzanan əllər bir-birinə calanmalı və böyük xalq selinə çevrilməlidir.
İslam aləminin böyük səcdəgahlarından biri olan İmam Hüseynin (ə.s.) öz idealları uğrunda mübarizəsi ölüm deyil, əbədi var olan müqəddəslikləri qorumaq hadisəsidir.
Heydər və İlham Əliyev yoluna bağlı olanların ordusunu formalaşdırmaq lazımdır. İstəsəniz, onlara “Siyasi Əhli-beytçilər” də deyə bilərsiniz…
Onların sayı 91 nəfərdən yüz min dəfələrlə çoxdur…
Siyahı açıqdır…
musavat.com
Paylaş: