Xəbər lenti

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibəti ilə təbrik bəyanatı yayıb.

Bəyanatda bildirilib ki, qardaş ölkə olan Azərbaycan müstəqilliyini ilk dəfə 1918-ci ildə elan etməsindən dərhal sonra Osmanlı imperiyasından kömək istəyib və Nuri Paşanın (Killigil) komandanlığı ilə Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakı işğalçılardan təmizlənib.

“Bu gün Bakının azad olunmasının 100 illiyi qeyd olunur. Bakının azad olunması o dövrdə paytaxtın Gəncədən Bakıya köçürülməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsinin yolunu açıb və Azərbaycanın bugünkü sərhədlərinin müəyyən edilməsinin təməlini qoyub. I Dünya müharibəsinin son aylarında seçmə əsgərlərdən ibarət Qafqaz İslam Ordusunun qazandığı bu böyük zəfərin ildönümü, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin simvolu olaraq müstəsna əhəmiyyətə malikdir”.

Bəyanatda qeyd olunub ki, Bakının işğaldan azad olunmasının 100-cü ildönümü vacib əhəmiyyətə malikdir. Bu münasibətlə sentyabrən 15-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi tədbir keçiriləcək: “Tədbirdə Türk Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə çıxış edəcəklər: “Bütün Azərbaycan xalqını Bakının işğaldan azad olması münasibəti ilə bir daha təbrik edir, bu uğurda həyatlarını fəda edən 1132 şəhidimiz ilə birlikdə vətənləri uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət, ehtiram və rəhmətlə yad edirik”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 614          Tarix: 15-09-2018, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma