Xəbər lenti
27-05-2020, 22:24

“NATO terrorizmlə mübarizədə Azərbaycanın rolunu yüksək dəyərləndirir”.

Strateq.az xəbər verir ki, bunu jurnalistlərə NATO Baş katibinin müavini Rouz Qottemüller deyib.

“Azərbaycanın Əfqanıstandakı mövcudluğunu artıraraq oradakı sülhməramlı missiyanı dəstəklədiyinə görə çox şadıq. Azərbaycan həmçinin Əfqanıstana malların təchizatının diversifikasiyası məsələsində çox əhəmiyyətli nəqliyyat rolu oynayır. Beləliklə, Azərbaycan fəal şəkildə terrorizmə qarşı mübarizədə NATO-nun səylərini dəstəkləyir”, – alyansın nümayəndəsi vurğulayıb.

R.Qottemüller eyni zamanda regionun ən mühüm oyunçusu kimi Azərbaycanla əməkdaşlığın əhəmiyyətini qeyd edib: “Bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir”. (report.az)

 




Ana səhifəyə qayıt        Baxış: 130          Tarix: 20-09-2018, 13:36      


Paylaş:   

Ən çox oxunanlar