Xəbər lenti
27-11-2024, 19:25

ATƏT-in Minsk qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik bazar ertəsi İrəvanda Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanla görüşüblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Ermənistanda son siyasi dəyişikliklər kontekstində Qarabağ münaqişəsinin nizamlanması prosesinin dinamikasına toxunulub.

Bundan əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin başladığı məlumat verilib.

 

 




Ana səhifəyə qayıt        Baxış: 259          Tarix: 30-10-2018, 10:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma