İqor Subbotin
Nezavisimaya gazeta, 07.12.2018
Konqres ABŞ-ın xarici siyasətini yönəltməyə getdikcə daha aydın biçimdə iddia edir. Senatorların ikiaprtiyalı qrupu beynəlxalq birliyi Ərəbistan monarxiyasına münasibətinə yenidən baxmağa vadar edən səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsində təqsirli olanları cəzalandırmaq tələbilə Ağ Evə qətnamə təqdim edib. Varis şahzadə Muhəmməd bin Salmanı müxalif köşəçinin, hesab oldunduğu kimi, ABŞ prezidenti administrasiyasının ört-basdır etməyə çalışdığı ölümündə birbaşa ittiham edirlər.
Qətnamənin təşəbbüsçüsü respublikaçı Lindsi Qremdir (Güney Karolina ştatı). Qanunverici bildirib: “Mən inamlıyam ki, Amerika rezidentinin – mister Xaşuqcinin qəddar qətliylə bağlı inamlı bəyanat vermək ABŞ-ın milli təhlükəsizlik maraqları üçün son dərəcə zəruridir”.
O, yada salıb ki, öldürülənin Amerika vətəndaşı olan üç övladı qalıb. Respublikaçı senator qeyd edib: “Bu qətnamə hər hansı ikibaşlı məna olmadan qeydə alır ki, Səudiyyə Ərəbistanının varis şahzadəsinin Xaşuqcinin qətlində əli var və o, bölgədə ABŞ-ın bütünlükdə bir neçə yöndə milli təhlükəsizlik maraqlarını sarsıdan dağıdıcı qüvvəni təmsil edir”.
Sənəddə bir neçə müddəa var. O, xüsusilə icra hakimiyyətini İstanbuldakı faciəni daha qətiyyətlə pisləməyə və Xaşuqçini öldürən səudiyyəli xəfiyyələrə məhz şahzadə Muhəmmədin nəzarət etdiyini etiraf etməyə çağırır.
Aralarında respublikaçılar Marko Rubio (Florida) və Todd Yanq (İndiana), habelə demokratlar Dayenn Faynstayn (Kaliforniya), Ed Marki (Massaçusets) və Kris Kuns (Delaver) olan qətnamə müəllifləri iki ay qabaq baş vermiş cinayətdəki bütün suçluları cəzalandırmağı gərəkli bilirlər. İstisna deyil ki, şəxsən Səudiyyə taxtının varisini qətldə ittiham etmək üçün əsas MKİ direktoru Cina Haspel dekabrın 5-də Kapitoliya təpələrində qapalı brifinq keçirəndən sonra meydana çıxıb. Amerika qanunvericiləri ər-Riyadın və bölgə tərəfdaşlarının tərəflərdən biri kimi çıxış etdiyi Yəməndə sürən silahlı dartışmanı da qətiyyətlə pisləyib və tamdəyərli barışıq prosesinə başlamağa çağırıblar. Qətərin müstəqil siyasəti üzündən Səudiyyə Ərəbistanının əmirliyə qarşı, demək olar, ilyarım qabaq başlatdığı mühasirə də qınağa məruz qalıb. Amerika senatorları Səudiyyə hökumətinin bütün siyasi dustaqları azad etməsi uğrunda çıxış ediblər.
Senator Lindsi Qrem (orta planda)
Analitiklər Konqresin hərəkətini qanunverici hakimiyyətin milli təhlükəsizlik sahəsində siyasətini formalaşdırmaq üzrə səlahiyyət əldə etmək səyi kimi şərh edirlər. Bu haqda “Politico”ya xüsusən də Amerika inkişaf Mərkəzinin analitiki Brayan Katulis danışıb. Lakin, nəşrin qeyd etdiyi kimi, Kapitoliya təpələrində edilən bütün manevrlərə baxmayaraq, ABŞ prezidenti Donlad Tramp xarici siysətə böyük təsirini saxlayır və hələlik bu təsirə iddialı olmağın mənası yoxdur. Ekspertlərin fikrincə, Amerika Konstitusiyasına qoyulmuş önləmə və əks-tarazlıq prinsipindən asılı olmayaraq bu səlahiyyət zaman keçdikcə yalnız çoxalır. Bu, özəlliklə də başqa ölkələrin torpaqlarında hərbi əməliyyatların başlanmasına aiddir. Məlum olduğun kimi, ABŞ-da Əsas qanun Konqresə də savaş elan etmək hüququ verir, amma prezidentin belə qərarına veto qoymaq imkanı vermir. Belə də qanunvericilər bütün birgə səylərlə xaricdə hərbi güc işlətməyə izacə verən 2001-ci il qanununa altenativ hazırlaya bilməyiblər. Bu akt o vaxtlar 11 sentybar faciəsinin günahkarlarını aramaqla bağlı hərbi əməliyyatların leqallaşdırılması üçün gərək olub.
Bu arada İstanbul əhvalatının dəlilləri çoxalır. Türkiyə hökuməti “Xaşuqçi işi”ndə hazırlıq mərhələsində Səudiyyənin İstanbuldakı dipmissiyası və ər-Riyad arasında bağlayıcı bənd rolunu oynayan əsas simalardan birini müəyyən edib. Bu, baş konsulluqda attaşe vəzifəsini tutan, göründüyü üzrə, paralel şəkildə krallıq kəşfiyyatının Türkiyədəki “leqal” rezidenti Əhməd Abdulla əl-Muəzinidir. Səudiyyə rəhbərliyinin iki təmsilçisinin də planlamada əli olduğunu hesab edirlər. Bu, Səudiyyə kəşfiyyatı başçısının keçmiş müavini Əhməd Əsiri və vəliəhdin ehtimal edilən müşaviri Səud əl-Kəhtanidir. İstanbul prokuroru onların həbsinə order almaq üçün məhkəməyə müraciət edib. “Qətnamə birbaşa təsir üsulu deyil, basqı alətidir, – Valday klubunun proqram direktoru Andrey Suşentsov “NG”-yə bildirib. – O, prezidenti hər hansı iş görməyə vadar edə bilməz, daha çox rəmzi və nümayişkaranə səciyyə daşıyır”.
Tərcümə Strateq.az-ındır.
Paylaş: