Xəbər lenti

 

Siyasi hakimiyyətə gəlmək üçün işğal altındakı torpaqlarımızın ikinci plana keçirilməsi cəhdlərini də gördük. Və bəzən düşünməmək olmur, onlar Azərbaycana daha hansı pisliklər edə bilərlər?! Hər pislikdə bundan artığını etməzlər deyə düşünsək də, hər dəfə cəmiyyəti yanıldırlar. Dağlıq Qarabağ məsələsini siyasi hakimiyyət davalarına alət etmələri və “əvvəlcə Bakını alaq, sonra Qarabağı alacağıq” çağırışları indiyə qədər etdiklərini kölgədə qoydu. Son günlər müşahidə etdiklərimiz həqiqətən də dəhşətlidir.

“Demokratiya qurulmasa, ərazilərimizi azad edə bilməyəcəyik”, “İnqilab günü cəbhədə postları tərk edin, əvvəlcə Bakının alaq, sonra Qarabağı alarıq”, “Siyasi məhbuslar Qarabağın azad olunmasında ən böyük əngəldir” kimi çağırışlar eşidilir.

Bu, “Bakıda siyasi iğtişaşlar yaratmaq, təmas xəttini müdafiəsiz vəziyyətə salmaq və Ermənistanın yeni torpaqlar işğal etməsinə zəmin yaratmaqdır”. Bu çağırışların Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə - yeni ərazilərdir” planını açıqlamasından, Nikol Paşinyanın “Qarabağ Ermənistanındır” bəyanatından sonra gündəmə gəlməsi nə dərəcədə təsadüfdür, ümumiyyətlə təsadüfdürmü?!

Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır, AXCP sədri Əli Kərimli isə “Qarabağın azadlığı siyasi hakimiyyətin dəyişməsindən keçir” tezisini ortaya atır, onunla eyni düşərgədə təmsil olunanlar “Bakını alaq, sonra Qarabağı...” kampaniyasını aparır. İndi kim deyə bilər ki, daxildəki bu qüvvələr düşmənlə eyni çətirin altında toplaşmayıb və eyni hədəf uğrunda mübarizə aparmır?

Bakıda siyasi qarşıdurma Ermənistanın yeni ərazilər işğal etməsinin yolunu açmaq, ən azı Qarabağ masasında İrəvanın əlini gücləndirmək və işğal altındakı ərazilərdə status-kvonun möhkəmləndirilməsini təmin etmək deməkdir.

Bu, aksiomadır, düşmənlə eyni çətirin altında toplaşanların aksioması isə “Qarabağın azad olması bizim hakimiyyətə gəlməyimizdən keçir” tezisidir.

Xatırlayın, AŞPA-nın yaz sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan “Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsində sülhə qarşıdır” dedi, onunla eyni gündə, AŞPA binasının digər zalında çıxış edən Leyla Yunus auditoriya qarşısında “Əliyev Qarabağda sülh istəmir” bəyanatını verdi. Bu o demək idi ki, Ermənistan danışıqlar masasında Azərbaycanı ərazi bütövlüyü məsələsində güzəştə getməyən liderin təmsil etməsini istəmir və Qarabağ məsələsində qəti mövqeyi olan Prezident İlham Əliyev onların işğal siyasətində böyük əngəldir. İlham Əliyevin yerində daha loyal və zəif prezident olarsa, ermənilər masada da, cəbhədə də istədiklərinə nail olacaqlar. Bu oyunda təkcə Ermənistan yox, erməni diasporu və lobbisi, o cümlədən, onların daxili uzantıları aktiv rol oynayırlar.

Leyla Yunusun AŞPA-dakı bəyanatı açıq etiraf idi. Yeni etiraflardan biri isə onun qaynı, ABŞ-da məhz erməni kimliyi ilə oturum almış Ramiz Yunusdan gəldi. R.Yunus Azərbaycan hakimiyyətinə qarşı çıxır və deyir ki, “Bu aksiomadır: siyasi məhbusların olduğu ölkədə Qarabağı azad etmək olmaz”.

Azərbaycanda siyasi hakimiyyətə qarşı çıxan Yunusların Ermənistanın göstərişləri ilə hərəkət etdiyi aksiomadır. Onlardan qan qohumlarını qoyub, ömürləri boyu çörəyini yedikləri, üzərində gəzdikləri torpaqları müdafiə etməyi tələb etmək də mümkünsüzdür, çünki erməni xisləti təkcə bizə yox, bəşəriyyət tarixinə məlumdur: Arif və Ramiz Yunusların atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Onlara bu işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma dayıları kömək edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz Moskvadakı DTK zabitinin dəstəyi ilə baş tutur. Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu 1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara görə, Arif və Ramiz Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın oğlanları Arsen, Erik, Armen, həmçinin, qızı və arvadı Kamella hazırda Şuşada yaşayırlar. Yunusların xalaları – Nadya Gevorkyan və Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb. Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladığı deyilir. 1988-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən doğma torpaqlarından qovulanda Yunuslar ermənilərə açıq dəstək verirdi. 1988-ci il hadisələri başlayanda Ramiz Yunusun işlədiyi Hidrogeologiya İdarəsində erməni dilində danışaraq, azərbaycanlıları təhqir etməsi faktdır. Arif Yunus Prezident Aparatının informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər) işləyəndə, Leyla Yunus Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər) işləyəndə, Ramiz Yunus da Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini, daha sonra Milli Məclisin işlər idarəsinin müdiri (1992-93-cü illər) işləyəndə məxfi informasiyaları İrəvana ötürürdü.

Bu adamların Azərbaycanda demokratiyadan danışmasının, siyasi hakimiyyətə qarşı kampaniyalar təşkil etməsinin erməni xüsusi xidmət orqanlarının tapşırığına əsasən etdiyi və erməni diasporu/lobbisinin illərdir apardığı anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olması da aksiomadır.

Bəs, AXCP sədri Əli Kərimli, onun “xaç atalıq” etdiyi Milli Şura, o cümlədən, ətrafına topladığı dəstəsinin siyasi hakimiyyət uğrunda Qarabağdakı işğalın davam etməsinə belə razı olmasını, ermənilərlə qan bağlılığı olan Yunusların xəttini davam etdirməsini tarixin hansı səhifəsinə yazaq?! Doğrudanmı ermənilərin dediyini deməklə, hakimiyyətə gəlmək naminə düşmənlə eyni çətirin altına girməklə və hər şeyi “demorkatiya” pərdəsinə bürüməklə bu xalı aldada biləcəklərini, dəstək alacaqlarını düşünürlər?!

Asif Nərimanlı




Ana səhifəyə qayıt        Baxış: 247          Tarix: 22-08-2019, 17:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma