Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Qarabağla bağlı hər zaman həyəcan içində olan Ermənistanın Moskvanın işğal altındakı Azərbaycan torpaqlarını qaytarması ilə bağlı təşvişi artıb. Bu təşviş Erməni portallarında yer alan yazılarda özünü açıq-aydın göstərir. Yazılanlardan belə bəlli olur ki, düşmənin bu təşvişinin arxasında Rusiyanın Qarabağla bağlı hansısa qəfil qərar verə biləcəyi ehtimalı dayanır.
Maraqlıdır, düşmənin bu təşvişi nədən və ya nələrdən qaynaqlanır? Həqiqətənmi Ermənistanın gerçək sahibi Rusiya Qarabağ məsələsində öz əl tulasının xeyrinə olmayan razılığa gələ bilərmi?
Moderator.az-ın mövzu ilə bağlı suallarına politoloq Tofiq Abbasov aydınlıq gətirib.
T.Abbasov bildirib ki, Ermənistan Qarabağ məsələsində hər zaman panikadadır, təşvişdədir:
“Ermənistan bilir ki, əvvəl-axır işğal etdiyi torpaqları geri qaytarmalıdır. Öz xoşuyla, sabit atmosferdə olmasa belə biz onsuz da istədiyimiz qaydada torpaqlarımızı geri alacağıq. Ermənistan mediasında bu kimi xəbərlər, təşviş doğuran məlumatlar vaxtaşırı dərc olunur. Ermənilər bu “feyk” məlumatları yaymaqla özlərini sığortalama mexnizmlərini bir növ lazımi rejimdə saxlamağa cəhd göstərirlər. Hələ ki, Qarabağ probleminin ətrafında gedən siyasi prosesdə elə də ciddi tərpəniş yoxdur.
Düzdür, Moskva üçlük çərçivəsində, Minsk qrupunun formatında əsas prinsipləri əsas götürməklə həm Vaşinqtonu, həm də Fransanı məlumatlandırır ki, coğrafi baxımdan münaqişə bölgəsinə yaxın olduğundan bu prosesdə liderliyi onların razılığı ilə həyata keçirir və keçirməyə hazırdır. Həm Vaşinqton, həm də Fransa bu məsələyə öz münasibətini pozitiv formada bildirir. Burada “Lavrov planı” deyilən bir məqam var, güya əvvəlcə Dağlıq Qarabağ ətrafında olan 5 rayon Azərbaycana qayıtmalıdır, daha sonra iki rayonla bağlı da danışıqlar prosesi davam edərək məntiqi nəticəni hasil etməlidir. Ancaq hələ ki, Lavrovun planının işə düşməsi üçün münasib zəmin yoxdur. Hələ ki, ancaq söhbətlər var, müzakirələr qapalı şəkildə gedir, əməli təkanverici məqam üzə çıxmır. Təbbi ki, bu məsələ Rusiya rəhbərliyinin diqqət mərkəzindədir. Ayın 15-də Rusiya prezidenti Vladimir Putin yenə də vətəndaşlarla birbaşa müsahibəyə çıxacaq. Əminəm ki, orada Qarabağ məsələsi ilə bağlı suallar da olacaq və Putin də həmin sualları cavablandıracaq”.
Politoloq onu da vurğulayıb ki, ermənilər hələ ki, Qarabağ probleminin həllinə heç bir kömək etmirlər, ancaq maneələr törədirlər:
“Rusiya həqiqətən istəyir ki, bu məsələ sülh çərçivəsində həllini tapsın. Ancaq Ermənistanın qayəsi, fikri ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun bu məsələni süründürsünlər. Yəni konkret danışıqlara gedilməsin, çünki bu yolla qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqdan boyun qaçırır. Ermənistan xəyallarda elə fikirlərə qapılır ki, güya Azərbaycan prosesin asılı vəziyyətə salınmasından yorularaq torpaqlarından imtina edə bilər. Amma əslində bilirik ki, bu olan iş deyil, bizim siyasi rəhbərliyimiz də daim bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bötövlüyü çərçivəsində öz həllini tapacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar