Xəbər lenti

Yaxud erməni işbirliyi ilə qazanılan pullar

Sahib Məmmədov: "Erməni nə qədər kasıb olsa da, bizdəki satqınların, o cümlədən "hüquq müdafiəçilərinin", jurnalist və vəkillərin pulunu heç vaxt kəsmir"

Ermənilərlə dost olmaq arzusunu dilə gətirənlər, düşmən ölkə ilə yaxınlaşaraq müəyyən maddiyat qarşılığında milli maraqları ayaqlar altına atanlara yaxşıca dərs oldu. Belə ki, bir neçə ilə bundan əvvəl Ermənistandan qaçaraq öz ailəsi ilə Azərbaycana təşrif buyuran, bir müddət Azərbaycanın hesabına əsl insan kimi yaşamağı öyrənən erməni hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan bu günlərdə sosial şəbəkədə bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb. Məlumat üçün bildirək ki, hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə özünün və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bakıda olduğu müddətdə bu erməni gədəsi ermənilərə məxsus hiyləgərliyini də işə salaraq Xocalı abidəsini zuyarət edərək erməniləri məlum faciəni tərətdiklərinə görə qınamış və bu səbəbdən Azərbaycan xalqından üzr istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi. Və, çox keçmədən Martirosyan erməni xislətinə sadiq qalaraq üçüncü ölkədən Azərbayvanın ünvanına ağır ifadələr işlədib.

Maraqlısı odur ki, erməni gədəsinin bu hərəkəti heç də birmənalı qarşılanmayıb. Düzdür, əksəriyyət Martirosyanın bu hərəkətini qınayaraq qeyd edirlər ki, erməni hüquqmüdafiəçisi bununla bir daha öz xislətini, daha dəqiq desək ümumilikdə ermənilərin xislətini ortaya qoyaraq onlarla normal qonşuluq münasibətinin mümkün olmayacağını təsdiqləyir. Ancaq məhz ermənilərlə müəyyən layihələr keçirib bundan pul qazanan bəzi antimilli qüvvələr isə utanmadan Martirosyanın hərəkətinə bəraət belə qazandırırlar.

"Vətəndaşların Əmək Hüquqları Liqası"nın sədri Sahib Məmmədov da Martirosyanı müdafiə edənləri sərt tənqid edib. O, bildirib ki, ermənilər bəzi "hüquq müdafiəçi"lərini ələ alıb və onlar da ermənilərə xidmət edirlər: "Erməni peşman olub bir iki kəlmə deməyə, "azərbaycanlılar" ermənidən daha çox ermənilik edirlər. Ay adamlar ermənilər sizləri ələ alıb, sizlər də onlara "vicdanla" xidmət edirsiniz. Bu erməni sizlərdən fərqli olaraq "sədaqətli satqın" deyil. Vəssalam". Sahib Məmmədov onu da qeyd edib ki, insaf naminə erməni nə qədər kasıb olsa da, bizdəki satqınların, o cümlədən "hüquq müdafiəçilərinin", jurnalist və vəkillərin pulunu heç vaxt kəsmir: "Məhz ona görə "bizimkilər" həmişə "fədəkarlıq" göstərir".

Sabiq maliyyə naziri Fikrət Yusifov da deyir ki, indi bütün mətbuat bir erməninin xəyanətindən yazır: "İyirmi gün öncə özündə "cəsarət" tapıb bizi ermənilərlə dostluğa çağıranlar, ermənilərlə bizim nə vaxtsa dost olacağımızı düşünən, yaddaşı zəif olan kəslərin diqqətinə çatdırıram ki, erməni xislətinin dərinliklərinə on illər boyu onlarla birgə yaşayıb yaxınlıq etmiş insanlar daha yaxşı bələddirlər. Bu xislətin rəngi heç vaxt dəyişməyən qaradır. Bütün bəşəri dəyərlərə yüksək qiymət verib, onları başımız üzərində saxlayan bir millət olsaq da, biz azərbaycanlılar bunu bilməliyik. Bilməliyik ki, iç dünyası heç vaxt dəyişməyən bu millətin dostu olmur". Fikrət Yusifov qeyd edib ki, Qərbi Azərbaycanda və Dağlıq Qarabağda onlarla birgə yaşamış soydaşlarımız bunu çox gözəl bilirlər: "Qoy bunu bu gün erməninin əsil həqiqətdə kim olduğunu bilməyib, bizi onlarla barışığa çağıranlar da bilsinlər. Təbii ki, ermənilər "ağıllanandan" sonra barışıq zamanı da gələcək və nə vaxtsa bizim yenidən onlarla birgə yaşamağımız da istisna deyil. Ancaq biz bir həqiqəti qulağımızdan sırğa edib ömürlük özümüzlə gəzdirməliyik. Erməni ilə birgə yaşayıb çomağı yerə qoyan gündən onların keçən əsrin əvvəllərindən bu günə qədər bizim başımıza gətirdikləri müsibətlər təkrar olunacaq. Tarix sübut edir ki, yaxşı erməni anlayışı yoxdur. Dünyada yeganə millətdir ki, onun haqqında bunu söyləmək mümkündür və bunu tək biz demirik. Erməni imkan düşən kimi Rusiyada, Gürcüstan, Amerika Birləşmiş Ştatlarında da muxtariyyət adı altında torpaq iddiası qaldırmağı "bacaran" bir millətdir. Bir sözlə, erməni imkan düşən kimi kürəyə bıçaq saplayandır. Lazım gələndə o bu imkanı bir əsr də gözləyə bilər".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın bəzi "müxalifətçi" adlanan şəxslərinin ölkəmizə gəlişinin siyasi olaraq, müsbət heç bir məna kəsb etmədiyinin fərqindəydik. Onun sözlərinə görə, "Ermənistan-Azərbaycan sülh " platforması adlanan təşkilatın həmtəsisçisi olan Vahan Martriosyan Azərbaycan əleyhinə açıqlama verməklə, yenidən öz erməni xislətini biruzə vermiş oldu: "Ümumiyyətlə, Azərbaycan xalqına sırınan bu siyasət də gözlənildiyi kimi fiaskoya uğradı. Hansısa erməninin Bakıya gəlib və gətizdirilib Serj Sərkisyan əleyhinə danışdırılması, Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək. Serj Sərkisyanın özü istəsə də, konflikti sülh yolu ilə həll edə bilməz".//Olaylar.az

 




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 30-05-2017, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma