“Vahan Martirosyan yaydığı video-müraciətində Azərbaycan hakimiyyətini Sülh Platformasını maliyyələşdirməkdə və öz məqsədləri istiqamətində istifadə etdiyini bildirir. O, əslində belə bir bəyanat verməklə Azərbaycanın münaqişənin həlli istiqamətində indiyə kimi davam etdirdiyi siyasətin sülhpərvər xarakter daşıdığını özü də istəmədən etiraf edir”.
Bu sözləri RAKİB Analitik-İnformasiya Mərkəzinin adının çəkilməsini istəməyən üzvlərindən biri Ovqat.com-un əməkdaşıyla söhbətində bildirib. Vahan Martirosyanın Azərbaycanın əleyhinə səsləndiyi video-müraciəti şərh edən analitik, kriminal qrupların təhdidilə bu addımı atmağa məcbur olan erməni hüquq müdafiəçisinin Azərbaycana sığınmasına bəraət qazandırmaq üçün özünü super kəşfiyyatçı kimi göstərməyə çalışdığı qənaətindədir:
“Martirosyan video-müraciətində Azərbaycana mühacirətini guya kəşfiyyat məqsədilə etdiyini qeyd edir. Və Azərbaycanda olduğu müddətdə kifayət qədər yüksək çinli dövlət məmurları ilə görüşlər keçirdiyini bildirməklə yanaşı Azərbaycan hökümətinin əslində sülh platformasını yaratmaqla beynəlxalq qurumların gözünə kül üfürdüyünü deyir. Halbuki, erməni hüquq müdafiəçisinin də etiraf etdiyi kimi, ona göstərilən bu diqqət Azərbaycan tərəfinin öz ata-baba torpaqlarını sülh yoluyla geri qaytarmağa çalışmasının məntiqi nəticəsidir.
Bəli, Azərbaycan dövləti hələ ki münaqişənin sülh yolu ilə həllini istəyir. Lakin o demək deyil ki, bu baş tutmayacağı təqdirdə hərbi vasitələrə əl atılmayacaq. Azərbaycan tərəfi keçirmiş olduğu bütün görüşlərdə, vermiş olduğu bütün bəyanatlarda dəfələrlə qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli imkanları tükəndikdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə ölkənin suverenliyini bərpa etmək üçün hərbi vasitələrdən istifadə edəcək”.
Vahan Martirosyanın erməni kriminal qruplaşmalarının təzyiq altında bu addımı atdığını iddia edən RAKİB üzvünün fikrincə, bu məqam video-müraciətdə aydın sezilirdi:
“2016-cı ilin aprel ayındakı "4 günlük müharibədən" sonra Ermənistan Azərbaycanı, siyasi savadsızlığın ifadəsi olsa da, "aqressor" kimi qələmə vermək istəyirdu. Belə olan halda "Sülh Platformasınin" qurucu heyət üzvlərindən biri olan Vahan Martirosyanın Azərbaycanı "aqressor" kimi günahlandırması rəsmi Erevanın bu mövqeyi ilə üst-üstə düşür və video-müraciətin əsl səbəbi ortaya çıxır”.
Vahan Martirosyana ən yaxşı cavabı onun könhə silahdaşlarının verdiyinə inanan analitik-informasiya mərkəzinin yetkilisi diqqəti digər iki erməni sülhpərvərləri - Vahe Avetiyan və Suzanna Caginyanın video-müraciətlə bağlı açıqlamalarına çəkib:
“Əvvəla qeyd edim ki, Vahan Martirosyan "Ermənistan-Azərbaycan Sülh Platformasının" 3 erməni yaradıcı heyət üzvündən biridir. Platformaya qoşulan işğalçı Ermənistan vətəndaşları Xocalı Soyqırımını tanıyan, Ermənistanın Azərbaycanın ərazisini işğal faktını qəbul edib tənqid edən şəxslərdir. Və, Martirosyanın son video müraciətindən sonra digər iki erməni - Vahe Avetiyan və Suzanna Caginyan Martirosyanı xəyanətdə suçlayaraq, Platformanın elə onun özü tərəfindən müyyən edilmiş məqsəd və prinsiplərinə zidd davrandığı haqda bəyanatlar veriblər.
Həmsöhbətimiz Vahan Martirosyanın bu video-müraciətiylə özünün və ailəsinin təhlükəsizliyini erməni terrorundan xilas etməyə çalışdığına, amma ermənilərin belə bir “xəyanəti” bağışlamayacağına inanır:
“Vahan Martirosyanın avto qəzada və ya özünün sevdalısı olduğu şotland viskisindən zəhərlənərək öldüyü xəbəri yaxın zamanlarda mətbuatda yayımlanacağı heç kimdə təəccüb doğurmamalıdır. Çünki Britaniyalı hərbi jurnalist Robert Skotland Liddellin də dediyi kimi: "Daşnaklar (erməni nəzərdə tutulur) üçün ölü erməni diridən daha dəyərlidir"”.
İndiki halda Vahan Martirosyanın terror qurban getməsinin Ermənistanın maraqlarına uyğun olduğunu bildirən analitik fikirlərini belə əsaslandırdı:
“Ermənilər Vahandan istədiklərini aldılar. O, bir vaxtlar sığındığı Azərbaycanın əleyhinə bəyanat verərək, ermənilərin aləmində guya, öz vurduğu zərəri kompensasiya etdi. İndən belə, Martirosyan kimi ermənilərin iç üzünü açıb faş edən birinin yaşaması Erevan üçün də sərfəli deyil. Çünki tamamilə başqa mühitdə Martirosyan yenidən başına gələnləri açıqlayıb Ermənistanı çətin vəziyyətə qoya bilər. Üstəlik, onun terrora qurban getməsini ermənilər Azərbaycanın üstünə ata bilərlər. Bununla da bir gülləylə iki quş vurmuş olarlar: bir tərəfdən xain kimi gördükləri adamı sıradan çıxara, digər tərəfdən isə bunu Azərbaycanın ayağına yaza bilərlər”.
Paylaş: