“KXCP- nin dünənki Ali Məclisin sesiyasına onun gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Vəliyevanı təhqir ediblər, vurmaq üçün ona hücum çəkiblər. Mirəlioğlu isə tərəfdarlarının cəbhəçi xanıma hücümünu məmnunluqla seyr edərək susub. Sədrə və ona hücum edənlərə sözünü deyən xanım məclisi tərk edib…”.
Strateq.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.
Onun sözlərinə görə, Nisəxanım Vəliyevanı cəzalandırmaq üçün Mirəlioğlunun Ali Məclisin sessiyasına dəvət etdiyi adamlardan biri (hücuma rəhbərlik edən- red.) nəinki Ali Məclisin, heç partiyanın da üzvü deyil: “Xeyli vaxtdır ki, Mirəlioğlunu və KXCP- ni təhqir edərək təşkilatdan gedib”.
Gülalıyev deyir ki, Vəliyeva xeyli vaxtdır Mirəlioğlunun yarıtmaz, partiyaya və xalqa zidd faliyyətini, hakimiyyətlə əməkdaşlığını kəskin tənqid edir: “Dünənki Ali Məclisdə insidentin baş verməsinin səbəbi də bu olub… Görün, Mirəlioğlu nə günə qalıb ki, onu tənqid edənlərə cavab verməyə üzü yoxdur, cəsarəti çatmır. Digər tərəfdən nə günə qalıb ki, vaxtı ilə onu təhqir edən adamla ittifaqa girib xanımların üstünə hücum çəkir…
Qurban Məmmədovun efirinə çıxan Mirmahmud Mirəlioğlu Azərbaycan xanımlarına müraciət edərək, onları birliyə çağırır. Amma partiyasının Ali Məclisinin üzvü xanımı təhqir etdirib onu döydürmək istəyir. Mən qeyri- səmimiliyin bu həddini, zirvəsini görməmişdim. Sonra da heç nə olmamış kimi çıxıb “Elçibəy mənəvi atamdır”, – deyib, Elçibəyçilikdən, demokratiyadan, qadın hüquqlarından danışacaq. Hələ üstəlik “anam, bacım”, – deyib xanımlara müraciət edəcək.
Mən Nisəxanım Vəliyevanı Mirəlioğlundan daha əqidəli, etibarlı, dürüst və təmiz adam hesab edirəm. O, seyiddən fərqli olaraq, yalançı Elçibəyçilik etməyib…”.
Strateq.az-ın əməkdaşı məsələ ilə bağlı Mirmahmud Mirəlioğludan münasibət öyrənmək istəyib. Lakin o, insidentlə bağlı danışmaq istəməyib.
Paylaş: