Xəbər lenti
 
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.

BAKU.NEWS xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı ilə qəbul edilib.

Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.




Ana səhifəyə qayıt        Baxış: 727          Tarix: 23-10-2019, 21:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma