Xəbər lenti

 

Moskva, 25 oktyabr, AZƏRTAC

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın Baş Naziri Əli Əsədov da iştirak edir.

Moskva vilayətindəki “Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. Sonda qəbul edilən sənədlərin imzalama mərasimi keçiriləcək.

İclasın gündəliyinə cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi, antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, quş qripinin profilaktikasına dair birgə tədbirlər, MDB İdman Oyunlarının təsis edilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və bir sıra digər məsələlər daxildir.




Ana səhifəyə qayıt        Baxış: 245          Tarix: 25-10-2019, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma