Xəbər lenti

 

"Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatımız var".

Ovqat.com xəbər verir ki, bunu APA-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

"Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər", - deyə XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb. Bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb. 

O bildirib ki, alman polisi Frankfurt, Köln, Visbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: "Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış".

Həbib Müntəzir qeyd edib ki, Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib: "Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;

Abdin Cavadov - Müsavat AKM-in üzvü; 

Mehdi Xəlilbəylinin qohumu; 

Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri;

Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir; 

Mehdinin sürücüsü Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil".




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 14-11-2019, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma