Xəbər lenti

 

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.

Əvvəlcə komissiyanın 17 dekabr tarixli iclas protokolu təsdiqlənib.

Daha sonra 23 dekabr bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə məsələsi müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, artıq bu proses yekunlaşıb. O, MSK-nın bununla bağlı qərarını oxuyub. Qərarda qeyd olunur ki, seçkinin şəffa keçirilməsi üçün Dövlət Avtomatlaşdırılmış İnformasiya Siseteminin imkanlarından istifadə olunur:

“Aşkarlığın daha geniş miqyasda təmin edilməsi məqəsdilə 2008-ci ildən ilkin olaraq 500 seçki məntəqəsində, sonradan isə 1000 məntəqədə veb-kameralar quraşdırlır. Bu da ölkə üzrə məntəqələrin 20 faizini təşkil edir. Bu addım beynəlxalq müşahidəçilər tərəfindən də müsbət qiymətləndirilir. MSK bu uğurlu ənənəyə sadiq qalaraq hesab edir ki, işğal olunmuş ərazilər istisna olmaqla bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqində veb-kameralar quraşdırılaraq maraqlı tərəflərin istifadəsinə verilməlidir. Veb-kameralar fasiləsiz rejimdə işləyəcəklər. Veb-kameralar quraşdırılacaq məntəqələrin siyahısı dərc olunacaq”.




Ana səhifəyə qayıt        Baxış: 400          Tarix: 20-12-2019, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma