Xəbər lenti

 

Sabah Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüş zamanı nazirlər üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə muzakirələr aparacaqlar.

Görüş çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 255          Tarix: 22-12-2019, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma