Xəbər lenti

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev “Qarabağ harayı” adlanan kampaniya çərçivəsində müharibə mesajı verib.

Oxu.Az-ın məlumatına görə, T.Gəncəliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsinə hazırlıqlı olmalıdır

Onun fikrincə, Qarabağda müharibə başlasa, bu, Azərbaycanın istədiyi kimi bitəcək.

“Biz istəmirdik, amma ermənilər bizə qarşı savaş açdı, torpaqlarımızı işğal etdi. Buna baxmayaraq, müharibənin sonu bizim istədiyimiz kimi bitəcək”, - deyə o bildirib.

İcma rəhbəri qeyd edib ki, məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, sakit dayanmamalıyıq.




Ana səhifəyə qayıt        Baxış: 571          Tarix: 29-02-2020, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma