Xəbər lenti

Sabah Moskvada Türkiyə Prezidenti Ərdoğanla Rusiya lideri Putinin görüşü dünya mətbuatının gündəmindədir.

Starteq.az xəbər verir ki, sabahkı görüşlə bağlı həm Kremldən, həm də Ankaradan rəsmi açıqlamalar verilib.

Rəsmi Moskvanın açıqlamasında Ərdoğanla sabahkı görüşdə gözləntilər dilə gətirilib.

Bildirilib ki, Rusiya Türkiyə ilə təkcə İdlib məsələsində deyil, bölgədəki digər böhranlı vəziyyətlərlə bağlı uzlaşacaqlarına ümid edir: “Rusiyanın Türkiyədən digər tələbi isə bölgə ilə bağlı ortaq tədbirləri yenidən bərpa etmək və işbirliyini davam etdirməkdir”.

Ərdoğan da sabahkı görüşlə bağlı ilk mesajını verib.

O, partiyasındakı toplantıda bildirib ki,Putinlə görüşdə əsas məqsəd İdlibdəki savaşın dayandırılmasıdır: “Görüşdən əsas gözləntimiz atəşkəsin sürətlə təmini və qalıcı sülhə nail olmaqdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 579          Tarix: 4-03-2020, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma