Xəbər lenti
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
Beynəlxalq Valyuta Fondu dünyada iqtisadi vəziyyətlə bağlı mütəmadi proqnozlarını dərc edir və hər dəfə pisləşməyə meyl özünü qabarıq göstərməkdədir. Məsələn, aprel ayında qlobal iqtisadiyyatın 3 faiz azalacağı proqnozlaşdırılırdısa, hazırkı məlumatlar azalmanın 4,9 faiz olacağını təsbit edir.
Bu niyə baş verir və postsovet ölkələrini nə gözləyir?
Bu barədə Media.az-ın suallarını Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının Maliyyə və Bankçılıq kafedrasının dosenti, tanınmış rusiyalı iqtisadçı Sergey Hestanov cavablandırıb.
Niyə proqnozlar pisləşməyə doğru gedir? Bu, koronavirus pandemiyasının nəticələridir?
Söhbət ondan gedir ki, hazırda biz unikal vəziyyətin şahidi oluruq. Daha əvvəl belə olmamışdı. Üç amil üst-üstə düşdü. Birincisi, tsiklik azalmadır. Hər 7-12 ildən bir böhranlar olur. Biz 2008 və 1998-ci illəri, hətta daha əvvəli, SSRİ dövründəki 1986-cı ili xatırlayırıq. İkincisi, bu böhrana xammal bazarındakı qiymətlərin düşməsi təsir etdi. Azərbaycan və Rusiya üçün ən “kritik” xammal, əlbəttə, neftdir. Ancaq ümumilikdə azalma bütün əmtəə bazarlarında baş verdi. Bundan əlavə, üçüncü amil - koronavirus epidemiyası ortaya çıxdı. Məlum məsələdir ki, karantin tədbirləri həyata keçirildi, qapanma tətbiq olundu. Xammal bazarları ilə əlaqəsi olmayan sahələr də mənfi təsirlərə məruz qaldı.
Ancaq qeyd etmək istəyirəm ki, etibarlı iqtisadi statistika minimum bir kvartal əvvəl əldə edilir. Mart ayında iki həftə davam edən tənəzzül baş verdi. Bu səbəbdən normal məlumatlar iyulun sonlarında əldə olunacaq. Yalnız bundan sonra nisbətən etibarlı proqnozlar vermək mümkün olacaq. Aylıq məlumatlar son dərəcə dəyişkəndir, buna görə proqnozlar dəyişir.
Bəs proqnozlara yenidən baxılarsa, onların pisləşəməyə doğru irəlilədiyi məlum olacaq? Hər halda, bu tendensiya görünür.
Bu, vacib deyil. Bir daha deyim ki, rüblük məlumatlar böhranın başlanğıc vaxtına düşür - onlar daha sabitdir. Rusiyadan bir nümunə gətirim. Neftin qiyməti düşən ərəfədə karantin tətbiq olundu. O zaman iqtisadi proqnozlar çox bədbin idi, 13% -ə qədər enmə təsbit olunurdu (mən təxminən 10% gözləyirdim). Ancaq Aprel və May ayının məlumatları ortaya çıxdıqdan sonra hər şeyin o qədər də pis olmadığı məlum oldu. Ona görə proqnozların birmənalı olaraq neqativ tərəfdən baxılacağını gözləmək doğru olmaz. Biz yalnız böhran dövründə bir kvartalı tam yaşayandan sonra, indiki halda isə cari ilin ikinci kvartalını, dəqiq rəqəmlər əldə edə bilərik.
Yeri gəlmişkən, son tendensiyalar göstərir ki, bir barel neftin qiyməti yüksəlməkdədir Ölkələrimiz üçün bu olduqca vacibdir...
Doğrudur, amma buna aldanmamalıyıq. Neft qiymətlərinin nəyin hesabına yüksəldiyini unutmayın. Axı istehsal azalır. Neft ixrac edən ölkələr üçün qiymətlə bərabər, həm də istehsalın həcmi vacibdir. Qiymət artır, amma istehsalın həcmi azalmaqdadır. Rusiya neft çıxarma həcmini dörddə birə qədər aşağı saldı və ixrac təxminən yarıya düşdü, müvafiq olaraq, büdcəyə daxil olmalar azaldı. Bəli, neftin bahalaşmasına sevinmək olar, ancaq istehsal həcmindəki məhdudiyyətlərin aradan qaldırılması daha yaxşı hal olardı.
Bəs postsovet məkanında hansı ölkələr böhranı daha asan keçirir? Aydındır ki, bir çox ölkələrin büdcəsini dolduran turizm sektoru, kobud desək, ölüb...
Bəli, turizm sahəsi ölü vəziyyətdədir. Onun bərpası tədricən olacaq və hansı templərlə dirçələcəyi məlum deyil. Səyahət – insan ehtiyaclarının əsasını təşkil etmir. Ancaq böhranı asan keçirən ölkələr barədə danışırıqsa, Baltikyanı dövlətlərin adını çəkə bilərik. Onlar əmtəə sektorundan asılı deyillər.
Bəs neft və qaz hasil edən ölkələr haqqında danışsaq?
Rusiya, Azərbaycan və Qazaxıstan oxşar vəziyyətdədir, amma Azərbaycan və Qazaxıstan üçün daha asandır. Az əhali, sosial dəstək üçün daha çox imkanlar yaradır. Rusiyada adambaşına düşən neft gəliri o qədər də çox deyil.
Aydındır ki, karantin tədbirləri iqtisadiyyata ciddi zərbədir. Ancaq hansının arasında seçim etmək lazımdır - insanların həyatı, yoxsa iqtisadiyyat?
Çətin sualdır. Mənim ilk təhsilim biofizika sahəsi ilə əlaqədardır və 25 il əvvəl virusologiyanı araşdırmışam. Elmə xəstəliyi karantin vasitəsi ilə qalib gəlməyin yolları məlum deyil. Amma anlamaq lazımdır ki, karantin infeksiyanın yayılma sürətini azaldır. Xəstələr tibb müəssisələrinə birdən-birə deyil, mərhələlərlə gələcəklər. Bununla da vaxt qazanılacaq. Bir çox dövlətlərdə karantin, epidemioloji vəziyyətdən və reanimasiya şöbələrindəki yataq sayından asılı olaraq bütün ölkə boyu yox, ayrı-ayrı bölgə və rayonlar üzrə tətbiq olunur. Əgər xəstələrin müalicə aldığı yataq sayı 50 faizi üstələyirsə, o zaman rejim sərtləşdirilir.
Karantinin idarə olunmasına klassik yanaşma, səhiyyə sisteminin imkanları daxilində, xəstəxanaların qəbul edə biləcəyi xəstələrin sayını artırmaqdır. Karantin riyazi olaraq sadəcə müddətin uzadılması ilə zaman vahidində xəstələrin sayının azaldılmasıdır. Beləliklə xəstələrin ümumi sayı dəyişmir və səhiyyə sistemi çökməkdən xilas olur.
İqtisadiyyata qayıtsaq, ümumilikdə, məhdudlaşdırıcı tədbirlərin tətbiqi həmişə kompromisdir. Lakin, məsələn, Rusiya öz tarixində mövcud karantin rejimində yaşamayıb. Axı, bu müəssisələrin öz öhdəliklərindən azad edilməsini nəzərdə tutur və bəzi ödənişləri dayandırılması deməkdir. Bu məqam çoxlarını müflis olmaqdan xilas edəcəkdir. Qanuni olaraq bu fors-major halıdır. Ancaq təkrar edirəm, biz belə situasiya ilə tanış deyilik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar