Xəbər lenti

 
Moskvada müxtəlif əhali qrupları arasında aparılan test yoxlamaları nəticəsində paytaxt sakinlərinin 2%-də koronavirusa yoluxması aşkarlanıb.
 
Ovqat.com xəbər verir ki, bunu Moskva meri  Serqey Sobyanin öz rəsmi saytında etiraf edib.
 
Onun bildirdiyinə görə, ötən həftə Rusiya prezidenti region rəhbərləri ilə selektr-görüş keçirərək koronavirus statistikasını obyektiv aparmağı tapşırıb. Bu göstərişdən sonra Moskvada keçirilən test müayinələri  isə məlum nəticəni ortaya çıxarıb.
 
Sobyaninin dediyinə görə, 2% göstərici dünyanın digər şəhərləri ilə müqayisədə xeyli aşağıdır. Haqlı da ola bilər. Fəqət merin bu etirafı belə, Rusiyanın koronavirus pandemiyasının nəticələrini gizlətməsi barədə irəli sürülən iddiaları nəinki çürüdür, əksinə daha da gücləndirir
 
Belə ki, Moskva əhalisinin sayı, rəsmi mənbələrə görə, 12 milyondur, bunun 2%-i isə 240 min bərabərdir. Halbuki Rusiyanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi məlumata əsasən, ölkədə cəmi-cümlətanı 124 min 054 koronavirusa yoluxma faktı aşkarlanıb. Bu isə təkcə Moskvada yoluxduğu etiraf edilənlərin yarısı qədərdir.

Sergey Sobyanin Moskva sakinlərinə səslənişində onu da bildirib ki, Vladimir Putin məlum selektr-konfransda koronavirus yoluxmalarının statistikasını doğru aparmaq zərurətini insani amillərlə əsaslandırıb. “Mühüm olan odur ki, koronavirusla mübarizə mücərrəd statistikaya əsaslanmasın. Çünki burada söhbət konkret insan həyatından gedir. Hansı ki, onun qiyməti yoxdur”,-Putin məmurlarına belə deyibmiş.
 
Prezidentin bu tapşırığı işığında Rusiyanın rəsmi statistik məlumatları ilə Sobyaninin etiraflarını tutuşduranda qəribə bir nəticə ortaya çıxır: ya Vladimir Putinin sözü heç paytaxtda da eşidilmir, ya da Rusiyada ən azı iki nəfərdən birini adam saymırlar. 3-cü versiya da istisna deyil. Söhbət hər iki versiyanın eyni anda doğru olmasından gedir.


Ana səhifəyə qayıt        Baxış: 3 151          Tarix: 3-05-2020, 15:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma