Xəbər lenti
Bu gün, 19:25


Moderator.az-ın suallarını Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır: 

- Azad müəllim, bildiyiniz kimi, dünən günortadan başlayaraq erməni silahlı qüvvələri Azərbaycanın Tovuz bölgəsində sərhəd məntəqələrinə hücum edib, şəhidlərimiz var. Sizcə, bu təxribatın məqsədi nəyə bağlıdır? Bu barədə fikirləriniz oxucularımız üçün maraqlı olardı. 

- Qeyd edim ki, erməni ideoloqlarının «dənizdən-dənizə böyük Ermənistan yaratmaq» ideyası var və bunu da gizlətmirlər. Bu nəzəriyyənin praktiki həlli isə Azərbaycan ərazilərinin işğalından keçir. Ermənilər ilk olaraq Qarabağı, ona yaxın olan rayonları işğal etdilər və bu bölgəni nəzarətdə saxlamaq üçün xarici dövlətlərdən siyasi dəstək almaqdadırlar. Sualınıza gəlincə, mən Tovuz rayonunun Ağdam kəndini və döyüşlərin getdiy yüksəkliyi yaxşı tanıyıram. Çünki uşaqlığım həmin kənddə keçib. Əvvəla onu deyim ki, baş verən hadisə təxribat deyil, işğalçılıqdır. İkincisi, Ağdam kəndində Qaraqaya deyilən yüksəklik strateji əhəmiyyət daşıyır. Həmin məntəqədən Tovuz rayonunu, ümumilikdə, Ağstafa, Qazax rayonlarını, o cümlədəm, Azərbaycanın strateji kommunikasiya xətlərini, yəni İpək yolunu, Bakı-Ceyhan boru xəttini, Türkiyəyə, oradan da Avropaya gedən əsas qaz xəttini tam nəzarətdə saxlamaq olar. Üçüncüsü, Ermənistanda Nikol Paşiniyan nüfuzunun düşməsi onun hakimiyyətdən getməsi ilə nəticələnə bilər ki, bu da hakim komandanı narahat edir. Dördüncüsü, bildiyiniz kimi, məlum Aprel hadisələrindən sonra erməni ictimaiyyəti depresiya vəziyyətində idi. Qeyd etdiyim bu amillər Ermənistan hakimiyyətini belə bir addım atmağa, yəni Tovuz rayonunun Ağdamdakı yüksəkliyinin ələ keçirilməsi əmrinin verilməsi oldu. Bildiyiniz kimi, hazırda həmin bölgədə döyüşlər davam edir. 

- Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla KTMT Baş katibi Stanislav Zas arasında telefon danışığı olub. Bu danışıqlar nəyə hesablanıb? 

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi ittifaq olaraq qarşılıqlı öhdəlikləri var. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan sərhəddə baş verən hadisələri Ermənistana olan təcavüz kimi qiymətləndirərək, məqsədi KTMT-nin dəstəyini qazanmaqdır. Bu cür hərəkətlər erməni xislətinə xas olan şeydir, yəni beynəlxalq iştimaiyyəti aldatmaq, yalan üzərində siyasət quraraq ondan bəhrələnmək.



Ana səhifəyə qayıt        Baxış: 3 483          Tarix: 13-07-2020, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma