Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
“ATƏT-in Minsk Qrupunun həmsədrləri son illər ərzində çox böyük iş görüblər. Ümumilikdə münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır. Azərbaycana 5, daha sonra iki rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını və nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturam. Bütün bunlar üçtərəfli bəyanatda əksini tapıb və maksimal dərəcədə effektli şəkildə həyata keçirilməsinə başlanılıb”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu proses həmsədrlərin münaqişə tərəfləri ilə razılaşdığı qaydada gedir: “Hesab edirik ki, indi üçtərəfli bəyanata hərtərəfli dəstəyi təmin etmək başlıca məsələdir. Ötən həftə ATƏT XİN başçılarının virtual iclasında üç həmsədr ölkənin XİN başçıları 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladılar və bu bəyanatın reallaşdırılmasını dəstəklədiklərini bildirdilər. Fikrimcə, bu prosesə beynəlxalq təşkilatların cəlb olunmasında həmsədrlər öz nüfuzlarından istifadə edə bilərlər”.
Rusiya XİN başçısı BMT sistemində olan təşkilatların Qarabağda gözlənilən fəaliyyətindən danışıb: “Onlar Azərbaycan və Ermənistanda fəaliyyət göstəriblər. Lakin Qarabağda olmayıblar. Ona görə də indi BMT baş katibi qiymətləndirici missiyanı hazırlayır. Təəssüflər olsun ki, bu, bir az vaxt alacaq, bürokratiya məsələləri var. Qiymətləndirici missiya hazırlanır. Həmin missiyanın haradasa dekabrın ortalarında regiona göndərməyi ümid edirlər”.
Sergey Lavrov erməni KİV nümayəndəsinin təxribatçı “Rusiya sülhməramlılarının Dağlıq Qarabağın yerli hakimiyyəti ilə əməkdaşlığını necə qiymətləndirirsiniz” sualına isə belə cavab verib: “Rusiya sülhməramlıları yerli əhali ilə fəal əməkdaşlıq edir. Qaçqınların qaytarılması prosesinə sülhməramlıların həmin ərazilərə gəlməsinin ilk dəqiqəsindən başlanılıb. Bu proses artıq dayanıqlı xarakter almağa başlayıb”.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar