Xəbər lenti


Rusiya Federasiyası (RF) qaçılmaz olaraq, parçalanandan sonra, Krımın mütləq Ukraynanın tərkibinə qayıtması vacib olmayacaq - o, müstəqil dövlət də ola bilər.

Ukraynanın «Obozrevatel» nəşrinə «peyğəmbərcəsinə» verdiyi şərhdə NATO-nun Moskvadakı keçmiş nümayəndəsi, Amerika Birləşmiş Ştatları Hərbi-dəniz qüvvələrinin (ABŞ HDQ) istefada olan kapitanı Harri Tabax bildirib.

«Rusiya sabah dağıla bilər ki, bu, həm də rusialılar üçün pis olmazdı və Krım ya müstəqil və Ukraynaya dost dövlət ola bilər, ya da Ukraynanın bir hissəsi kimi geri qayıdar» - NATO hərbçisi bildirib.

O, əlavə edib ki, analoji ssenari Donbass və Luqanska da tətbiq oluna bilər. Bu zaman Tabax əmin olduğunu bildirib ki, Ukrayna ordusu üçün indiki halda Donbası güc yolu ilə qaytarmaq problemi yoxdur.

«Bu, bir gündə həll olmaz, ancaq sizin müdafiə naziri doğru danışır ki, o, hazırdır və vəziyyətə nəzarət edir - bu, onun işidir» - zabit deyib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 100          Tarix: 13-04-2021, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma