Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Axar.az xəbər verir ki, Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etmiş, firavanlıq
arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildirib və öz növbəsində Məhəmməd Əşrəf Qənini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulayıb.
Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlət başçısına təşəkkür edib. Azərbaycan Prezidenti Ermənistan-
Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qəniyə bir daha minnətdarlıq ifadə edib.
Söhbət zamanı Azərbaycanla Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik bildirilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar