Xəbər lenti
Bu gün, 17:16
Bu gün, 16:13
Bu gün, 15:30
Bu gün, 14:57
Bu gün, 13:57
Bu gün, 11:09
Bu gün, 10:35
Bu gün, 09:41
Dünən, 21:48
Dünən, 17:26
15-01-2025, 23:34
Razi Nurullayev: ”Belə çıxır ki, siyasi məqsədlər, kreslo, taxt-tac üçün Azərbaycanın torpağını satmağa hazır olanlar var"
Azərbaycan Ordusunun sərhədlərin delimitasiyası prosesində Zəngəzur istiqamətində irəliləməsi xəbərlərini Ermənistan mənbələri də təsdiq edirlər. Ermənilər bir həşir qoparıb, bir şüvən salıblar ki, guya ordumuz Ermənistan Respublikası sərhədlərinə daxil olub. Ermənilər hökumət başçısı Nikol Paşinyanı da ittiham edirlər, satqın adlandırırlar və üçtərəfli bəyanatın icrasını özlərinə qarşı xəyanət hesab edirlər.
“Yeni Müsavat” bildirir ki, sərhədlərin demarkasiyası ilə təxminən 5000 hektar torpağımız işğaldan azad ediləcək. Bunu siyasi şərhçilər yazırlar. Hətta Zəngəzur ətrafındakı kəndlərdə həyəcan, təşviş var. Bu yaxınlarda Azadlıq Radiosunun Ermənistan xidmətinin də hazırladığı reportajda kənd sakinləri azərbaycanlı hərbçilərin lap yaxınlıqda olduğunu, təşviş keçirdiklərini bildirirdilər.
Yəni erməni mənbələri də ordumuzun irəlilədiyini etiraf edirlər, amma Azərbaycanda inkarçı müxalifət qrupu deyir ki, yalandır. Az qala desinlər ki,
Ermənistan Azərbaycanı işğal edib. Qələbəyə şübhə toxumu səpmək, xalqı yenə tərəddüd içində saxlamaqla nə qazanırlar? Ümumiyyətlə, hadisələri soyuq ağılla təhlil edən müxalifət var, bir də müxalif mövqedə dayanmaq naminə hər işə bir “qulp” qoymaq müxalifətçiliyi var. Həmin inkarçı dəstələr məsələlərə qlobal anlamda, dövlətlərarası siyasi danışıqlar müstəvisində, yaşadığımız regionda gedən proseslərə açıq gözlə baxa bilmirlər.
Onlar olduqları qəlibdən çıxa, siyasətə daha geniş, iri miqyasda yanaşa, Zəngəzur dəhlizi ilə bağlı necə mürəkkəb iş getdiyini, 30 ildən çox düyünlənmiş ağır iplərin çözüldüyünü qiymətləndirmək istəmirlər. Onlar 80-ci illərin çığır-bağır, emosiya, küçə mitinqləri təsirindən çıxa bilməyiblər. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirir ki, ölkəsi məğlubiyyətdən heç bir nəticə çıxarmayıb, nüharibədən sonrakı ritorika yenə də xarici dünyadan boş, mənasız gözləntiləri, təhdidləri və Türkiyə və Azərbaycana qarşı silahlı ritorikanı ehtiva edir və bundan erməni xalqını yeni itkilər, məyusluqlar gözləyir, bizim inkar müxalifəti isə deyir ki, yox, 44 günlük müharibədən sonra ciddi nəticə əldə etməmişik, yarımçıq qələbədir,
Zəngəzur istiqamətində heç bir irəliləmədən söhbət gedə bilməz, Xankəndi, Xocavənd, Ağdərə alınmayıbsa, bizim müharibədə qazancımız olmayıb və s. ilaxır.
Bu, daha çox iqtidara olan münasibətdən, hakimiyyətə nifrətdən qaynaqlanan mövqedir. Çünki inkarçı müxalifət həzm edə bilmir ki, bütün bunları indiki hökumətin dövründə necə baş verdi. Halbuki hansı qüvvənin iqtidarda olması deyil, Azərbaycanın əldə etdiyi nailiyyət düşünülməlidir...
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın və ordumuzun uğurlarını şəxsi mənafeyinə qurban vermək istəyənlər var: “Belə çıxır ki, siyasi məqsədlər, kreslo, taxt-tac üçün Azərbaycanın torpağını satmağa hazır olanlar var. Biz işğaldan azad edilmiş ərazilərə getdik, buna həmin adamlar sevinmədi, əvəzinə ”Xankəndi, Əsgəran, Ağdərə niyə alınmayıb" sualı verdilər. Azərbaycan nə əldə edirsə, buna sevinmək istəmirlər".
“Gedən işlərə sevinməyən bədxahlar var, Azərbaycan xalqına səslənirəm ki, bu cür insanları oxumasınlar, qoy çıxdaş olsunlar” |
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər