Xəbər lenti

Müttəfiq respublikalarda hələ keçmiş SSRİ-nin son illərində bir sıra problemlər yarandı. Bunların bir çoxu kənardan idarə edildiyindən və heç bir əsası olmadığından süni idi. Onlardan biri də Azərbaycanla Ermənistan arasında yaradılan, yaranan münaqişə idi. Ermənilər Cənubi Qafqaza köçürülmə olduqlarından onların yaratdığı və adlarından yaradılan problem, münaqişə də əsassız idi.

Ermənilər və Ermənistan 20-ci əsrin əvvəlində olduğu kimi, son illərində də Qarabağ iddiasını irəli sürdü. Keçmiş SSRİ rəhbərliyi o zaman bu problemi asanlıqla həll etməyə qadir olduqları halda, məsələnin böyüməsinə bilərəkdən şərait yaratdılar. Kremlin o vaxtkı başçısı Mixail Qorbaçovun ermənilərə olan sevgisi Azərbaycan SSR-in ərazi bütövlüyünün pozulması ilə nəticələndi. O vaxtkı Moskvanın və havadarlarının dəstəyi Azərbaycan vətəndaşlarının öz yurdlarından qaçqın düşməsinə səbəb oldu. Bir milyondan çox azərbaycanlı 30 ilə yaxın qaçqın vəziyyətində yaşadı.

Əslində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyasına mane olub. Başqa sözlə, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək öz ərazisini genişləndirməyə və Qarabağda yeni bir erməni dövləti yaratmağa səy göstərdi. Odur ki, Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsi onların bu arzusunu gözündə qoydu. Azərbaycan Ordusunun torpaqları işğaldan təmizləməsi sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edib.

/oxu.az/



Ana səhifəyə qayıt        Baxış: 3 207          Tarix: 24-05-2021, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma