Xəbər lenti
Bu gün, 22:15
Bu gün, 21:16
Bu gün, 21:00
Bu gün, 19:50
Bu gün, 18:06
Bu gün, 17:16
Bu gün, 16:13
Bu gün, 15:30
Bu gün, 14:57
Bu gün, 13:57
Bu gün, 11:09
Bu gün, 10:35
Bu gün, 09:41
Dünən, 21:48
Dünən, 17:26
Yol təkcə iqtisadi əməkdaşlıqların gücləndirilməsi projesi deyil, həm də siyasi, mədəni inteqrasiyanın təməlləri deməkdir. Vaxtilə qədim türklərin Çinlə Avropa arasında ticari əlaqələri tənzimləyən “İpək yolu”na nəzarəti və onun təhlükəsizliyini qorumaları dünya iqtisadiyyatı ilə yanaşı mədəniyyətin qovuşmasına və inkişafına, elmi-texniki tərəqqiyə böyük töhfələri olmuşdur. Avropa türklərin məhz bu xidməti sayəsində mətbəə işi və barit ilə tanış olmuş, həmin yeni kəşflərin sayəsində özünün intibah dövrünü yaşamışdır. Qərb indiki inkişaf səviyyəsini bu mənada türklərə və onların nəzarətində olan “İpək yolu”na borcludur.
Daha sonra güclənən Qərb ölkələrinin Türk hegemonluğu altındakı torpaqlara göz dikmələri bəşəri tərəqqinin açarı olan “İpək yolu”nun bağlanmasına, Amerikanın kəşfinə qədər uzanan yeni imperialist səfərlərin başlanmasına yol açdı. Nəticədə Avrasiya üzərindəki Türk hegemonluğuna da son qoyuldu. Rusiyanın Türk dünyasını işğal etməsi ilə nəticələnən bu gedişat 300 illik qaranlıq çağımızın başlanmasını bərabərində gətirdi. Fəqət hər zülmət gecənin bir nurlu sabahı olduğu kimi, hər imperializmin də bir sonu var və ötən əsrin sonlarından etibarən bu qaçılmaz aqibəti rus imperializmi də yaşadı. Xüsusilə son zamanlar Türkiyənin hərbi-strateji sahədə qazandığı böyük uğurlar və ABŞ-ın Avrasiya ölkələrinin nəhənglərinə qarşı həyata keçirdiyi sanksiyalar region ölkələrini yeni əməkdaşlıqlara vadar etdi. Beləcə, dünyanın ən böyük iqtisadi qüdrətinə çevrilən Çindən Avropaya qədər uzanan, Rusiya və Türkiyə tərəfindən də dəstəklənən yeni İpək yolu, başqa adıyla “Bir Kəmər, Bir Yol” layihəsi gündəmə gəldi. Artıq beynəlxalq sifarişə çevrilən bu layihə Azərbaycanın da işinə yaradı və yaramaqdadır. Çünki bu tranzit xəttinin qaynaşma nöqtələrindən biri də Xəzər dənizi və Azərbaycan coğrafiyasıdır.
Beynəlxalq münasibətlərin əsas tələblərindən olan “Bir Kəmər, Bir Yol” layihəsinin qarşısında isə bir sıra problemlər dayanırdı. Bunlardan biri ərazilərimizin işğal altında olması səbəbindən yeni beynəlxalq tranzit layihəsinin baş tutması ehtimalı idi. Ali Baş Komandan bu yaranmış bu tarixi fürsətdən istifadə edərək 30 illik işğala son qoymağa qərar verdi və beləcə 44 günlük savaşın zəfərini çalmaq ordumuza nəsib oldu. Sözsüz ki, bu zəfərin qazanılmasında ermənilərin populist təcavüzkar siyasətinin də önəmli rolu vardı və uzaqgörən Prezidentimiz onların bu səhvindən öz əleyhlərinə beynəlxalq ictimai rəy yarada bildi.
Fəqət 44 günlük savaşda qazandığımız qələbəni daimiləşdirmək üçün ikinci bir addıma ehtiyac yaranmışdı. Bu da işğaldan azad olunmuş ərazilərimizi “Bir Kəmər, Bir Yol” layihəsinə qatmaq siyasəti idi. Artıq bu istiqamətdə önəmli qərarların verildiyi heç kimə sir deyil. Vaxtilə Bakıdan Ermənistana uzanan dəmir yolunun bərpası, Qarabağın bir sıra regionlarında kommunikasiya əlaqələrinin qurulması sözügedən tədbirlərdəndir.
Prezident İlham Əliyevin ötən gün Ağdama səfəri və həmin şəhərdə yeni avtomobil yolunun inşasına start verməsi də bu istiqamətdə atılan addım kimi qiymətləndirilə bilər. Məlumata görə, 14 kilometri Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir. Gələcəkdə eyni marşrut üzərində dəmir yolunun salınması nəzərdə tutulur.
Bu yollar vasitəsilə Şərqdən Azərbaycana, İrana və Türkiyəyə göndəriləcək malların daha qısa marşrut və zaman içərisində son ünvanına göndərilməsi reallaşacaq. Ağdamdan gələcək illərdə həm Xankəndinə, həm də Bakı-Türkiyə dəmir yoluna birləşəcək yeni xətlərin çəkilməsi Dağlıq Qarabağın Azərbaycana inteqrasiyasının təməlləri möhkəmlədiriləcək və Şərq-Qərb tranzit xətti ilə yanaşı Şimal-Cənub kommunikasiya əlaqələrinin yeni əsaslarını qoyacaq.
Azərbaycan Prezidentinin bu layihəyə dərhal başlamasının əsas səbəblərindən biri də Rusiya-Gürcüstan arasındakı ziddiyyətlər səbəbindən Tbilisinin regional ticari inteqrasiyada oynadığı əngəlləyici rolla bağlıdır. Bildiyimiz kimi, 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğalından sonra iki dövlət arasındakı həm avtomobil, həm də dəmir yolları tez-tez bağlandığından etibarsız hala gəlib. Beləcə, bu ziddiyyətlər təkcə iki dövlət arasında kommunikasiya əlaqələrinin dayanması yox, həm də İran – Rusiya arasındakı dəmir yollarını bağlayıb.
Azərbaycanın işğaldan azad etdiyi bölgələr də Ermənistanın şimalı ilə cənubu arasındakı telləri ciddi ölçüdə bir-birindən qoparıb və bu da nəticə etibarilə İranın Avropaya açılan qapısını etibarsız hala salıb. Sözsüz ki, bu vəziyyətin yaranmasında ermənilərin Azərbaycana və Türkiyəyə duyğu nifrətin də önəmli payı var.
Ermənistanın alternativ yollar salmaq ehtimalı isə 4-5 milyard dollarlıq vəsait və uzun zaman tələb edir ki, buna İrəvanın öz imkanları çatmır. Ermənilərin təcavüzkar siyasətinin mümkün nəticələri xarici investisiya üçün də münbit şərait yaratmır. Nəticədə regionda yaranmış yeni status-kvo Azərbaycanın yol şəbəkələrini İranın Avropaya çıxışının vazkeçilməz alternativinə çevirir. Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə səsləndirdiyi aşağıdakı fikirlər də bu iddiamızı gücləndirir:
“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.
Bütün bu deyilənlərin fonunda Prezidentin dünən Ağdamda təməllərini atdığı yola nəzər salanda Ali Baş Komandanımızın nə qədər uzaqgörən olduğu ortaya çıxır.
Mürvət Həsənli,
İş adamı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər