Xəbər lenti
Dünən, 22:15
Dünən, 21:16
Dünən, 21:00
Dünən, 19:50
Dünən, 18:06
Dünən, 17:16
Dünən, 16:13
Dünən, 14:57
Dünən, 13:57
Dünən, 11:09
16-01-2025, 23:09
16-01-2025, 22:12
16-01-2025, 21:48
16-01-2025, 20:26
16-01-2025, 18:07
16-01-2025, 17:26
16-01-2025, 16:15
16-01-2025, 15:57
MUSULMANS EN FRANCE, Fransa 18.06.2021 Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın köməkçisi, Azərbaycanın Fransadakı sabiq səfiri Elçin Əmirbəyov “Musulmans en France” portalına Azərbaycan-Ermənistan əlaqələrinin gələcək normallaşmasından danışıb. - Dağlıq Qarabağ müharibəsi zamanı Fransa hökuməti və siyasi sinfinin bir hissəsi, xüsusilə senatorlar Ermənistanın mövqeyini dəstəkləyirdilər. Xüsusilə Senat Qarabağın beynəlxalq səviyyədə tanınmasına çağırış belə, etmişdi. Bu yaxınlarda isə prezident Makron Yerevanın Azərbaycan əsgərlərinin Ermənistan ərazilərinə girməsi ilə bağlı ittihamlarını səsləndirib, baxmayaraq ki, Bakı bunu təkzib edir. Sizin bu mövqeyə münasibətiniz necədir? - Yöndəmsiz və qərəzli mövqe kimi qiymətləndirilə biləcək bu mövqe təkcə iki ölkə arasında əlaqələrə ziyan vurmayıb. Bu, həm də bütün bu illər ərzində Fransanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanıdığını deyən müxtəlif Paris rəsmilərinin, hökumət nümayəndələrinin sözləri ilə ziddiyyət təşkil edib. 44 günlük müharibə zamanı prezident Makronun ortaya qoyduğu mövqe də tam olaraq məhz belə idi. Bu mövqe indi bizim birlikdə çalışmağa davam etməli olduğumuz və vasitəçi ölkələr də daxil olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvlərinin müharibədən sonrakı dövrün yeni geosiyasi reallıqlarına uyğunlaşmasını təmin etməli olduğumuz əsas bazadır. - Bölgənin gələcəyini necə görürsünüz? - Azərbaycan Cənubi Qafqaz regionunda Ermənistanla əlaqələrin normallaşdırılması vasitəsilə əsl sülh və sabitliyin yaranmasına böyük əhəmiyyət verir. Azərbaycan prezidenti İlham Əliyev artıq erməni tərəfinə iki ölkə arasında diplomatik əlaqələrin hüquqi bazasını yaratmağı, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörməti ehtiva edəcək ikitərəfli sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı təklif edib. Hazırda Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində yaşayan erməni mənşəli əhaliyə gəlincə, Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir, onların hüquqi, siyasi, iqtisadi və sosial səviyyələrdə gündəlik həyata inteqrasiyası üçün bütün imkanlara və siyasi iradəyə malikdir. Uzun tarixə malik harmoniya şəraitində birgəyaşayış Bəzən azərbaycanlılarla ermənilərin sülh və harmoniya şəraitində birgə yaşayışının uzun tarixi olduğunu unuduruq. Amma bunu unutmaq olmaz. Sovet dövründə də, ondan əvvəl və hətta bu gün də Azərbaycanın digər rayonlarında azərbaycanlı və erməni icmalarının nümayəndələri birgə yaşayıb və yaşayır. Məsələn, Bakı şəhərində 10 mindən çox erməni mənşəli Azərbaycan vətəndaşı yaşayır. Bundan başqa, digər ölkələrdə, o cümlədən Gürcüstanda da Azərbaycan və erməni mənşəli insanlar sülh və harmoniya içərisində, mehriban şəraitdə birgə yaşayırlar. Bizim istədiyimiz hər iki tərəf üçün faydalılıq prinsipidir. Azərbaycan iki ölkə arasında sülh üçün yorulmadan çalışır Hazırda bu yanaşmanın reallaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir. Xüsusilə 30 ildən bəri bağlı qalan bütün kommunikasiyaların açılması üçün üç ölkə – Azərbaycan, Ermənistan və Rusiya baş nazirlər müavinlərinin rəhbərlik etdikləri işçi qrup çərçivəsində birgə səylər davam etdirilir. Bu, 3 ölkə arasında əlaqələri yaxşılaşdıracaq, eyni zamanda, regional iqtisadi əməkdaşlıq üçün böyük perspektivlər açacaq. Bununla da ermənilərlə azərbaycanlılar arasında etimad güclənəcək. Bu çərçivədə biz, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində təmasları davam etdiririk. Bilirik ki, əvvəlcə həlli daha asan olan kiçik məsələlərdən başlamaq lazımdır, çünki müharibə yenicə qurtarıb və yaralar hələ təzədir. Eyni zamanda, Azərbaycan Ermənistanla münasibətləri yaxşılaşdırmağa hazır olduğunu nümayiş etdirir. Məsələn, Azərbaycan Rusiyadan Ermənistana təbii qaz nəqlində özünün qaz infrastrukturundan istifadəyə razılıq verib. Həmçinin üçtərəfli bəyanata uyğun olaraq, biz öz ərazimizin bir hissəsindən – Laçın dəhlizindən müharibədən zərər çəkmiş dinc əhalinin öz evlərinə qayıtması, sakinlərə humanitar yardımların çatdırılması üçün istifadəsinə icazə vermişik. Azərbaycan, eyni zamanda, öz ərazisindən keçən və Ermənistanın şəhərlərini, xüsusən də Gorus və Qafanı birləşdirən yolları açıb. Hər kəsin bəhrələnəcəyi harmoniya və birgəyaşayış Beləliklə, atdığımız addımlar göstərir ki, biz Ermənistanla düşmənçilik səhifəsini bağlamaq, nəticədə hər iki tərəfin faydalanacağı yaxşı qonşuluq münasibətləri qurmaq, münasibətləri normallaşdırmaq niyyətindəyik. Düşünürəm ki, bu, təkcə Azərbaycanla Ermənistana deyil, regionun digər dövlətlərinə də aiddir. Çünki inanıram ki, Ermənistanla Azərbaycan arasında əlaqələrin yaxşılaşması Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına gətirib çıxara, Ermənistanla qonşusu Rusiya və İran arasında əməkdaşlıq əlaqələrini gücləndirə bilər. Bütün bu səylər Cənubi Qafqazı yaxşı qonşuluq, əməkdaşlıq və dostluqla xarakterizə olunacaq bölgəyə çevirməmizə kömək edə bilər. (Fransız dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər