Xəbər lenti


İyunun 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 57-ci Baş Assambleyasının onlayn formatda iclası keçirilib.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda Milli Məclisi QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin

üzvləri Eldar İbrahimov, Musa Quliyev və Ramin Məmmədov təmsil ediblər.

İclasda əvvəlcə Şimali Makedoniya Respublikası Parlamentinin qurumun tam üzvlüyünə qəbulu məsələsi müsbət həll edilib.

Toplantıda çıxış edən QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Şimali Makedoniyanın qurumda üzvlüyünün 2022-ci ilin yanvarından

başlamasına baxmayaraq, nümayəndə heyətinin bu gündən QDİƏT PM-in bütün iclaslarında məşvərətçi səslə iştirak edə biləcəyini bildirib.

Sonra tədbirdə QDİƏT PM sədrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni sədrin seçkisi keçirilib. Yeni sədr Rumıniya Deputatlar

Palatasının sədri Lüdoviq Orban seçilib. İclasda nümayəndə heyətlərinin yeni deputatlarının mandatları, 56-cı Baş Assambleyanın protokolu və

QDİƏT PM-in son 6 aylıq fəaliyyəti haqqında hesabatı da təsdiq edilib.

İclasda QDİƏT PM sədrinin yeni müavinləri də seçiləndən sonra Baş Assambleyada “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu” mövzusunda

komitələrdə hazırlanmış məruzələrin və onlara tövsiyələrin müzakirəsi keçirilib.

Toplantıda “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu” mövzusunun iqtisadi, hüquqi və siyasi aspektləri ilə bağlı məruzə və tövsiyələrin

müzakirəsi Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin sədrliyi ilə aparılıb.

İclasda sonuncu müzakirə olunan məsələ - maliyyə auditi ilə bağlı hesabat da Baş Assambleya tərəfindən təsdiqlənib.

Tədbirin yekununda bildirilib ki, QDİƏT PM-in Baş Assambleyasının 58-ci sessiyasının bu il noyabrın 25-də Rumıniyada keçirilməsi nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 3 164          Tarix: 23-06-2021, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma