Xəbər lenti

ABŞ prezidenti Co Bayden Respublikaçılar partiyasından olan keçmiş senator Cef Fleyki ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təyin edib. “AzPolitika.info” xəbər verir ki, bu barədə iyulun 13-ü-gecə saatlarında “Reuters” Agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu təyinat ABŞ-Türkiyə münasibətlərinin gərildiyi bir dövrə təsadüf edir.

“ABŞ-ın NATO-da əzəli müttəfiqi olan Türkiyə ilə münasibətlərinin strateji əhəmiyyətini nəzərə alaraq, Prezident Baydenin bu təyinatla mənə göstərdiyi etimaddan qürur duyuram.Bu vacib bir dönəmdə hər iki ölkə üçün mühüm bir postdur”-deyə o vurğulayıb.

2013-2019-cu illərdə Arizona ştatından senator olmuş Fleyk, keçmiş prezident Donald Trampın ən aktiv tənqidçilərdindən biridir.
Türkiyənin Rusiyadan S 400 raket kompleksləri alması, Suriya münaqişəsi və Aralıq dənizi hövzəsi ilə bağlı siyasi fikir ayrılıqları da daxil olmaqla, son bir neçə ildir ki, Vaşinqtonla Ankara arasında xeyli problem yaşanır.

“Reüters” yazır ki, Co Bayden Türkiyəyə ilə münasibətlərdə əvvəlki prezident Donald Trampdan daha soyuq tonda davranır. Amma hər iki ölkənin liderləri ötən ay Brüsseldə keçirdikləri təkbətək görüşdə, ikitərəfli münasibətlərin perespektivinə nikbin yanaşdıqlarını bəyan elədilər. Qeyd edək ki, Türkiyə NATO-da ABŞ-ın ən vacib tərəfdaşlarından biridir.



Ana səhifəyə qayıt        Baxış: 2 935          Tarix: 14-07-2021, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma