Xəbər lenti
ABŞ-ın yeni Prezidenti Co Bayden sabiq prezident Barak Obamanın Yaxın Şərq üzrə müşaviri olmuş Robert Malliyə yenidən vəzifə verəcək.

Xəbəri öz mənbələrinə istinadən “Reuters” yayıb.

Qeyd olunub ki, R. Malli ABŞ Prezidentinin İran üzrə xüsusi elçisi təyin ediləcək.

Ağ Ev daha əvvəl Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etmək niyyətini açıqlamışdı. Bunun əvəzində rəsmi Tehran “ABŞ-la danışıqların aparılması İranın planlarına daxil deyil”, -  deyə bəyan etmişdi.

İran tərəfi bildirib ki, danışıqlarda irəliləyişin əldə olunması üçün ilk növbədə rəsmi Vaşinqton sanksiyaları ləğv etməlidir.

//virtualaz.org/


Ana səhifəyə qayıt        Baxış: 2 820          Tarix: 29-01-2021, 10:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma