Xəbər lenti
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Dünən, 09:54
17-01-2025, 22:57
17-01-2025, 22:15
17-01-2025, 21:16
17-01-2025, 21:00
17-01-2025, 19:50
17-01-2025, 18:06
17-01-2025, 17:16
17-01-2025, 16:13
17-01-2025, 15:30
17-01-2025, 14:57
Ermənistanın News.am xəbər portalı bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyinə çoxbaşlı təxribatçı sualla müraciət edib. Sual belədir: “Azərbaycan Prezidenti İlham Əliyevin “Dağlıq Qarabağ konflikti daha mövcud deyil” bəyanatına rəsmi Vaşinqtonun münasibəti necədir? Münaqişənin Azərbaycan dövləti tərəfindən həll olunduğu fikri ilə səfirlik razıdırmı və bu, o anlama gəlmirmi ki, daha ATƏT-in Minsk Qrupu mövcud deyil?”
Yada salaq: sonuncu dəfə analoji bəyanatı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Bakıda keçirdiyi brifinqdə səsləndirib. Qeyd edib ki, münaqişə artıq bitib, indi qabağa baxmaq, tarixin bu səhifəsini çevirmək və sülh barədə düşünmək zamanıdır.
Əfsus ki, bölgə tarixinin ən qanlı səhifəsini qapadıb dinc, firavan həyata başlamaq hamının marağında deyil. O cümlədən özünü utanmazcasına “demokratiyanın beşiyi”, “insan haqlarının qarantı” sayan Qərb paytaxtları üçün.
Düz tutdunuz, söhbət hələ də ölkəmizə qarşı revanşist və xam xülyalarla yaşayan radikal erməni qruplarının xaricdəki havadarlarından gedir. Bu xüsusda Amerikanın İrəvandakı səfirliyinin News.am-a cavabına diqqət çəkməyə dəyər.
Erməni mediasının yazdığına görə, səfirliyin sayta cavabı belə olub: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2021-ci il 13 aprel açıqlamasında deyildiyi kimi, Birləşmiş Ştatlar narahatlıq doğuran digər problemlərin həlli üçün əlavə səylərə ehtiyac olduğunu düşünür. Tərəflərə yaxşı məlum olan prinsiplər (üç prinsip nəzərdə tutulur – Z.S.) əsasında hərtərəfli, sabit və yekun nizamlamaya xüsusi diqqət yetirilməlidir. Biz tərəfləri ATƏT-in Minsk Qrupunun himayəsi altında yüksək səviyyəli siyasi dialoqu ən qısa zamanda bərpa etməyə çağırmağa davam edirik”.
Yəni bir daha aydın olur ki, ABŞ 9 aydır “tabutu yerdə qalmış” Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olaraq, “Dağlıq Qarabağ münaqişəsi”ni bitmiş saymır. Bu azmış kimi, kapitulyant Ermənistanın “çörəyinə yağ sürtür”, ona bir növ “şirniquş” verir, çünki “üç məlum prinsipi” (onlardan biri öz müqəddəratını təyinetmə haqdadır) “hərtərəfli, sabit və yekun nizamlama” üçün əsas hesab edir. Bilə-bilə ki, Azərbaycan heç vaxt buna razı olmayacaq.
Beləcə, 9 aydır Azərbaycanla ədalətli sülh müqaviləsini imzalamaqdan yayınan məğlub Ermənistana öz davakar ritorikasını, ölkəmizə qarşı ərazi iddiasını davam etdirib beynəlxalq hüquq normalarını ayaqaltı eləmək üçün növbəti dəfə stimul verilir...
Təsadüfi deyil ki, İrəvan rəsmiləri məhz bu cür haqsız yanaşmalardan, o sırada həmsədr dövlətlərin Bakıdakı səfirlərinin Şuşaya getməməsindən ruhlanaraq, daha dəqiqi, quduraraq, az qala hər gün mifik “arsax”dan və onun “işğal edilmiş əraziləri”ndən dəm vururlar. Özlərini məğlub yox, qalib ədası ilə aparırlar.
Analoji mövqe bu gün Ermənistan XİN-in de-fakto yeni rəhbəri Armen Qriqoryanın dilindən səslənib. O da sələfi Ara Ayvazyan kimi, özündən razı və sırtıqcasına bəyan edib ki, “Dağlıq Qarabağ konflikti Minsk Qrupu çərçivəsində, öz müqəddəratı təyinetmə əsasında çözülməyincə bölgədə sabitlik olmayacaq”.
Açması belədir: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiası Minsk Qrupu çərçivəsində təmin olunmayınca heç bir sülh anlaşmasına və sülhə imkan verməyəcəyik”. Yəni müharibə hədəsi.
Demək, Minsk Qrupunu diriltmək faktiki regionda müharibəni təzədən sifariş vermək, böyük sülhü daha əlçatmaz eləməkdir. Görəsən bunu Vaşinqtonda, Konqresdə, ABŞ-ın “beyin mərkəzləri”ində anlayırlarmı? Daha bir müharibənin onların bölgədəki maraqlarına öldürücü zərbə vuracağınını fərqində deyillərmi? Nəhayət, bölgənin ən zəif, ən balaca, “izqoy” ölkəsini əldə oyuncaq kimi oynatmağın ağır bədəlini hesablaya bilmirlərmi?
Bildik, həm ABŞ, həm də və ələlxüsus Fransa 44 günlük müharibədən sonra yaranmış gerçəkliyin diktəsi ilə “çıxıb getməkdə olan qatara özlərini atmaq” istəyirlər. Ancaq nədən buna bölgədə müharibə, terror mənbəyi kimi tanınmış marionet Ermənistan vasitəsilə nail olmağa can atırlar? Daha urvatlı olmazmı ki, regionun açar dövləti, söz və iradə yiyəsi Azərbaycanla iş birliyi çərçivəsində bunu reallaşdırsınlar?
Özləri bilər. Azərbaycan atalar məsəlində deyildiyi kimi, belə getsə, “çox istəyənlər azdan da olacaqlar...”
musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər