Xəbər lenti
Bu gün, 23:16
Bu gün, 21:43
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
Ermənistan Baş naziri Nikol Paşinyan vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırdı. Doğrudur, bu özəl səfər deyil, Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə qatılır. Ancaq Paşinyan İrandakı mərasimə başqa vəzifəli şəxsi də göndərə bilərdi.
Axar.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, N.Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoymağa çalışıb:
“Nikol Paşinyan sonuncu dəfə İranda 2019-cu ilin fevralında rəsmi səfərdə olmuşdu. Bu, Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri idi. Paşinyan həmin səfərə hakimiyyətə gəldiyi ilk gündən hazırlaşırdı. Səfərdən əvvəl İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirmişdi ki, 1991-ci ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz Paşinyanın hakimiyyəti dövründə qeydə alınmışdı. Söhbət 364 milyon dollarlıq ticarət mübadiləsindən gedirdi. Əslində rəqəm böyük deyildi, ancaq faktın özü maraqlı idi ki, bu iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstərici sayılır. Təsadüfi deyil ki, Nikol Paşinyan 2018-ci ildə baş nazir kürsüsündə xarici siyasətlə bağlı ilk geniş nitqində İranın adını Rusiyadan çox çəkmişdi”.
Elxan Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmağı arzulayırdı:
“Ancaq alınmadı, verilən vədlər həyata vəsiqə qazanmadı. Paşinyanın İrana həmin səfəri qalmaqalla yadda qaldı. Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq mərkəzində erməni icmasının nümayəndələri ilə görüşərək arxa planda “dqr-in bayrağı” və “Qarabağ Ermənistanındır” şüarı asılmış selfisini yaydı. Rəsmi Bakı Tehrandan bu toplantıya aydınlıq gətirməsini tələb etdi. Çünki həmin zalda açıq-aşkar Azərbaycana və İran-Azərbaycan əməkdaşlığına qarşı təxribat həyata keçirilmişdi. İrandan qeyri-rəsmi kanallarla xəbər yayıldı ki, “Qarabağ Ermənistandır” şüarını zalda qaldıran şəxslər saxlanılıb və onlar sorğu-sual ediliblər. Bunu yoxlamaq çətin olsa da, hər halda Tehranda anladılar ki, İran ermənilərinin Paşinyanın selfisi ilə birgə həyata keçirdiyi təxribat İranın özünün əleyhinə işlədi.
Nikol Paşinyan Tehrandakı çıxışında bunları demişdi: “Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır. İlham Əliyevlə danışıqlardan nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin. Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Etmənistanı yox, bütün dünya ermənilərini görəcək”.
Bu açıqlamadan təxminən il yarım sonra Azərbaycan müharibədə qələbə çaldı və Nikol Paşinyanın Tehrandakı çıxışının mənasız olduğu aydınlaşdı.
Nikol Paşinyan bu dəfə Tehranda geniş nitq söyləməyəcək, andiçmədə iştirak edib və İran rəsmiləri ilə görüşüb geri qayıdacaq. Paşinyanla görən İbrahim Rəisi praqmatik siyasətçidirsə, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin İran üzərindən təxribatlarının qarşısını almalı və yeni xarici işlər nazirinə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri qeyri-diplomatik hərəkətlər etməsin”.
Qeyd edək ki, İranın Ermənistandakı səfirinin sərhəd ərazilərə gələrək, ölmüş ermənilərə görə başsağlığı verməsi və Ermənistanın “ərazi bütövlüyünü” dəfələrlə vurğulaması birmənalı qarşılanmayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar