Xəbər lenti
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Dünən, 09:54
Milliyet, Türkiyə 05.08.2021 İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin spikerləri Bakı Bəyannaməsinə imza atıblar. Üç ölkənin parlament sədrlərinin iştirakı ilə ilk toplantı Azərbaycanın təklifi ilə Bakıda keçirilib. Növbəti iclas gələn il İslamabadda keçiriləcək. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı üç ölkənin tarixi, dini və mədəni yaxınlığı ilə yanaşı, birgə maraqlara əsaslanır. Bakı Bəyannaməsində parlamentlərarası əməkdaşlıq məsələlərindən əlavə, regional və ikitərəfli əlaqələrlə bağlı bir sıra məqamlar yer alıb. Qlobal və regional anlamda qarşılıqlı maraq kəsb edən məsələlərdə birgə fəaliyyət, ölkələri hədəfə almış informasiya hücumu, həmçinin islamofobiya ilə mübarizə, bir çox ölkədə yaşayan müsəlman toplumun hüquqlarının qorunması, üç ölkə xalqlarını yaxınlaşdıracaq fəaliyyətin dəstəklənməsi, bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığına hörmət də Bakı Bəyannaməsində yer almış məsələlərdəndir. 2017-ci ilin noyabrında xarici işlər nazirləri səviyyəsində keçirilmiş ilk üçtərəfli toplantıdan sonra Bakı Bəyannaməsi Türkiyə-Azərbaycan-Pakistan münasibətlərini yeni səviyyəyə yüksəldir. Beləliklə, üç ölkənin XİN başçıları səviyyəsində başlamış münasibətlər artıq parlament sədrləri səviyyəsinə yüksəlib. Odur ki, gələcəkdə dövlət başçılarının iştirakı ilə üçtərəfli zirvə görüşlərinin, həmçinin müdafiə, iqtisadiyyat, nəqliyyat nazirləri səviyyəsində üçtərəfli toplantıların keçiriləcəyi istisna deyil. Azərbaycanla Türkiyə arasında qarşılıqlı münasibətlərə ciddi töhfə verən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasının keçirilməsi də mümkündür. Hər halda, tərəflər arasıda bunadək imzalanmış anlaşmalar və mövcud siyasi iradə buna imkan verir. Şuşanın davamı Üç strateji müttəfiqin Bakı Bəyannaməsi çox önəmli zamanda imzalanıb. Türkiyənin qəlbini oyan meşə yanğınlarına ilk dəstək mesajları məhz Azərbaycanla Pakistandan gəlib. Yanğınların getdikcə artdığı bir vaxtda Azərbaycan Türkiyəyə ilk olaraq 100, növbəti mərhələlərdə isə 200-dən artıq – ümumilikdə 350-yə yaxın yanğınsöndürən, həmçinin helikopter və nəqliyyat vasitəsi göndərib. Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövlətinin Türkiyənin yanında olduğuna dair açıqlaması isə mənəvi dəyəri olan ciddi mesajdır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana siyasi və mənəvi dəstək vermiş iki qardaş, müttəfiq ölkə bu dəstəyi müharibədən sonra da davam etdirir. Prezident İlham Əliyev iki ölkənin parlament sədrləri ilə görüşündə onlara 44 günlük Vətən müharibəsində Bakıya göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Bakı Bəyannaməsinə Türkiyə ilə Azərbaycan arasında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin davamı kimi baxmaq olar. Bakı Bəyannaməsinin imzalanmasından sonra 3 ölkənin parlament sədrlərinin Şuşaya səfər etməsi də bunun göstəricisidir. Sənəddə tərəflər Azərbaycan xalqı və hökumətini 30 illik işğala son qoyulması, ölkənin ərazi bütövlüyünün bərpası münasibəti ilə təbrik edir, minalı ərazilərin xəritələrini Bakıya vermədiyi üçün Ermənistanı qınayırlar. Bununla yanaşı, bəyannamədə azad olunmuş torpaqların bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması işində Azərbaycanla həmrəylik idadə olunur. (Türk dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər