Xəbər lenti

İran İraqda sabitliyinin təmin edilməsi üçün dəstəyini davam etdirəcək.

Axar.az xəbər verir ki, bunu İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı deyib.

“Davamlı regional təhlükəsizliyə hər zamankindən daha çox ehtiyac var. Bunun üçün bölgə ölkələri arasında qarşılıqlı etimad qurulmalıdır. İran regional dialoqun inkişafına hazırdır, - XİN başçısı bildirib.

Abdullahiyan qeyd edib ki, ABŞ-ın bölgədə varlığı davamlı sülhə və sabitliyə mane olur:

“Amerikalılar bölgə xalqlarına heç vaxt sülh və sabitlik verməyəcək. Bölgədəki qeyri-sabitliyin əsas səbəbi xarici müdaxilələrdir”.



Ana səhifəyə qayıt        Baxış: 2 315          Tarix: 28-08-2021, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma