Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
“Cənubi Qafqaza səfər Məhəmməd Cavad Zərifin xarici işlər naziri vəzifəsində işlədiyi müddətdə ən mühüm və uğurlu regional ziyarətlərdən biri idi”.
Ovqat.com xəbər verir ki, İran XİN-nin sözçüsü Səid Xətibzadə nazir M.C.Zərifin regional səfərini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, bu ziyarət zamanı regional əməkdaşlıq, davamlı sabitlik, iqtisadi məsələlər, 3+3 formatında əməkdaşlığın həyata keçirilməsi və başqa mövzular müzakirə edilib.
“Tehran-Ankara əlaqələri çox yaxşıdır. Xarici işlər nazirinin ziyarəti də çox məhsuldar olub. Türkiyədə keçirilən görüşlərdə Qafqazla bağlı məsələlər müzakirə mövzusu olub”,-Xətibzadə bildirib.
Məhəmməd Cavad Zərif bir neçə gün öncə Azərbaycandan başladığı regional səfərini Rusiya, Ermənistan, Gürcüstan, Türkiyəni ziyarətlə davam etdirmiş, sonda yenidən Azərbaycana qayıdaraq, Naxçıvana baş çəkməklə tamamlamışdır. Ekspertlərin fikrincə, səfərin əsas məqsədi İranın Azərbaycan, Türkiyə və Rusiya liderlərinin əsasını qoyduğu regional əməkdaşlıq planında iştirakını təmin etməyə hesablanmışdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar