Xəbər lenti

İran Əfqanıstanın 90-cı illərə qayıtmasına izn verməyəcək.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Talibanın planının "İslam əmirliyi"ni yenidən bərpa etmək olduğunu bilirik. Ancaq bu plan praktik deyil və bu barədə ümumi bir fikir birliyi yoxdur. İran və bölgə ölkələri Əfqanıstanın 90-cı illərə qayıtmasına izn verməyəcək”, - Zərif bildirib.

XİN rəhbəri qeyd edib ki, ABŞ-ın Əfqanıstandan çıxması düzgün addımdır:

“Taliban bu fürsətdən şiddəti artırmaq üçün istifadə etməməlidir. Taliban vaxt itirmədən Əfqanıstan hökuməti ilə ciddi danışıqlara başlamalıdır”.



Ana səhifəyə qayıt        Baxış: 2 737          Tarix: 18-04-2021, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma