Xəbər lenti

Qlobal miqyasda yollar və kommunikasiyalar uğrunda mübarizə başlayıb.

Axar.az xəbər verir ki, bunu erməni ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, regionda sərhədlərin və kommunikasiyaların açılması nəzəri olaraq, 1980-ci illərin xəritəsinə əsasən mümkün ola bilər:
“Bu o deməkdir ki, Gürcüstan və Ermənistanın cənubuna gedən yollar Azərbaycanın nəzarəti altında olacaq.

Bu, kommunikasiyaların açılmasına yox, blokadasına gətirib çıxaracaq. Mehri ilə əlaqə artıq pozulub. Bu gün Gorusdan Qafan və Mehriyə getmək problemdir.

Alternativ yol hazır deyil. Əgər Kərki qaytarılsa, bu o deməkdir ki, Vayots Dzora (Keşişkənd) aparılan əsas şose Azərbaycanın nəzarəti altında qalacaq. Əgər anklavlar da verilsə, eyni şey Gürcüstan yolu ilə də olacaq”.


Ana səhifəyə qayıt        Baxış: 3 301          Tarix: 2-09-2021, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma