Xəbər lenti

WorldnewNews, Misir
04.10.2021

Müəllif: Abdullah Rəcəb əş-Şərif

İkinci Qarabağ müharibəsi bir daha göstərib ki, Ermənistan imzaladığı razılaşmalara, götürdüyü öhdəliklərə əməl etmir.

Ötən ilin sonlarında Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibənin gedişinnə tərəflər arasında 3 dəfə humanitar atəşk razılaşması əldə olunub. Lakin hər dəfə çox keçmədən Ermənistan razılaşmanı pozub. Gəlin həmin günləri xatırlayaq.

Birinci atəşkəs (10 oktyabr 2020-ci il)

Müharibənin başlamasından sonra tərəflər arasında ilk atəşkəs Rusiyanın vasitəçiliyi ilə əldə olunmuşdu. Bu razılaşma Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rusiyalı həmkarlarının iştirakı ilə baş tutmuş görüşündə əldə olunmuşdu. Bu, Azərbaycanın döyüş meydanında ard-arda qələbə qazandığı günlər idi. Odur ki, atəşin dayandırılmasını ATƏT-in Minsk qrupu həmsədrlərinə müraciət edən Yerevanın özü istəmişdi. Amma razılaşmanı da elə Ermənistan pozdu. Bu, humanitar səbəblərdən atəşkəsə razı olub, sonradan onu pozan tərəfin riyakarlığının göstəricisi idi.

Ermənistanın atəşkəsi pozması vəziyyəti daha da pisləşdirmişdi. Artıq Yerevan Azərbaycanın döyüş meydanından uzaqda yerləşən şəhər və rayonını da ballistik raketlərdən atəşə tuturdu. İndi hədəf mülki vətəndaşlar idi. Belə hücumlardan biri Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncəyə edilmişdi. Nəticədə 10 dinc sakin gəlak olmuş, 34 nəfər yaralanmışdı.

2020-ci il oktyabrın 17-si gecə saatlarında Gəncəyə növbəti balliktik raket atılıb. Bu, Ermənistan silahlı qüvvələrinin bu şəhərə ikinci hücumu idi. Halbuki, Gəncə cəbhə xəttindən çox uzaqda yerləşir. Bu hücum nəticəsində də mülki sakinlər arasında itkilər olub – 12 nəfər (o cümlədən iki azyaşlı) həlak olub, 40-dan çox insan yaralanıb.

Ermənistanın mülki əhalini məqsədyönlü şəkildə atəşə tutması beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən beynəlxalq humanitar hüququn kobudcasına pozulması, həmçinin elan edilmiş humanitar atəşkəsin qüvvədən düşməsi demək idi. Müharibə zamanı mülki insanların məqsədyönlü şəkildə qətlə yetirilməsi müharibə cinayəti və insanlığa qarşı cinayət sayılır. Ermənistan rəhbərliyi bu cinayətə görə məsuliyyət daşıyır.

İkinci atəşkəs (18 oktyabr 2020-ci il)

Döyüş meydanında böyük itkilər verən Ermənistanın yeni çağırışı ilə ikinci dəfə humanitar atəşkəs elan edilib. Bu dəfə atəşkəs Fransanın vasitəçiliyi ilə əldə olunmuşdu. Lakin yenə də erməni tərəfi razılaşmanı pozaraq, mülki şəxslərə və yaşayış məskənlərinə hücum edib. Bu dəfə Gəncə ilə yanaşı, Tərtər, Ağdam, Goranboy, Xızı və Ağcabədi rayonları da top və raket atəşinə tutulub. Gəncə şəhərinə düşən raket 14 şəxsin ölümünə və 50-dən çox şəxsin yaralanmasına səbəb olub. 

Üçüncü atəşkəs (25 oktyabr 2020-ci il)

Üçüncü atəşkəs ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və ABŞ xarici işlər nazirlərinin görüşündə əldə olunub. Oktyabrın 24-də ABŞ xarici işlər naziri Mayk Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə təkbətək görüş keçirmiş, bundan sonra, oktyabrın 25-də üçüncü humanitar atəşkəs elan edilmişdi. Amma Ermənistanın xüsusiyyəti bu dəfə də özünü göstərib. Yeni humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu atəşi davam etdirib, Azərbaycanın mövqeləri müxtəlif çaplı atıcı silahlardan və toplardan, artilleriyadan atəşə məruz qalıb.

2020-ci il oktyabrın 28-də Azərbaycanın Bərdə şəhəri “Smerç” reaktiv sistemindən atəşə tutulub. Nəticədə 21 mülki sakin (o cümlədən uşaqlar) həlak olub, 70-dən çox insan yaralanıb. Münaqişə zonasından uzaqda yerləşən, heç bir hərbi hədəfin olmadığı şəhərlərin atəşə tutulması Ermənistanın terrorçu təbiətinin göstəricisi idi. Bərdə şəhərində mülki sakinlərin planlı şəkildə qətlə yetirilməsi soyqırım, müharibə cinayəti və insanlığa qarşı cinayət idi. Rəsmi şəkildə elan edilmiş humanitar atəşkəsə rəğmən Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalisini atəşə tutan ermənilər bununla gərginliyi artırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək istəyirdi.

İndi Azərbaycan bu qeyri-insani əməllərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə cəlb edilmələri üçün çalışır. Sentyabrın 27-dən müharibə bitənədək Azərbaycanın yaşayış məntəqələrinin bombalanması nəticəsində 90-dan çox mülki şəxs həlak olub, 400-dən insan yaralanıb. Bu zaman 402 mülki obyekt, 90 yaşayış binası, 2243 ev yararsız hala düşüb. Bu, əsl təxribat idi.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: WorldnewNews



Ana səhifəyə qayıt        Baxış: 3 589          Tarix: 4-10-2021, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma