Xəbər lenti
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
ARAB NEWS, Səudiyyə Ərəbistanı 14.12.2021 Müəllif: Ravvin Mark Şnayer (ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti) Yəhudilərlə müsəlmanların münasibətində görünməmiş irəliləyişin müşahidə olunduğu indiki dövrdə bu kontekstdə müxtəlif sürprizlərə şahid oluruq. Bunlardan birinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir... Ötən həftə mən Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmüşəm. Azərbaycanın dövlət başçısı ölkəsindəki yəhudi icmasının uzun illər ərzində uğurlar qazanması üçün bir sıra yenilikçi addımlar atıb. Qeyd edək ki, müsəlman aləmində ən böyük yəhudi icması məhz Azərbaycanda yaşayır. İlham Əliyevin bu istiqamətdəki addımlarının məqsədlərindən biri də beynəlxalq antisemitizmlə mübarizə səylərini fəallaşdırmaqdır. Prezident Əliyev konfessiyalararası əməkdaşlıq məsələsində yeni ad deyil. Azərbaycan faktiki olaraq müstəqillik qazandıqdan bu yana, yəni son 30 ildə tolerantlıq nümunəsi kimi tanınıb. O, bu illər ərzində müxtəlif etnik və dini qruplara münasibətdə nümunə olub. Nəticədə Azərbaycanda digər dini, etnik qruplar kimi, yəhudilər də çiçəklənib. Bu gün Azərbaycanın paytaxtı Bakıda Şabad Or Avner yəhudi təhsil mərkəzi fəaliyyət göstərir. Mərkəzi Asiyada yəhudi təhsil sisteminin təcəssümüdür. Mən prezident İlham Əliyevə məktəbin kövrək iqtisadi durumu haqda məlumat verdikdən sonra Azərbaycanın dövlət başçısı bu istiqamətdə əlindən gələni edib. Artıq 10 ildir fəaliyyət göstərən yəhudi məktəbi yerli və xarici xeyriyyəçilər tərəfindən maliyyələşdirilir. Yəhudi icmasının Azərbaycanda çiçəklənməsi nəticəsində isə onun fəaliyyəti daha da genişlənib. İlham Əliyev üçün konfessiyalararası harmoniya təkcə dəyərli məsələ deyil, həm də strateji vizyondur. Odur ki, Azərbaycan lideri yəhudi məktəbinin maliyyələşdirilməsində defisiti aradan qaldırmaq məqsədilə dərhal lazımi addımlar atıb. Üstəlik, prezident İlham Əliyev mənə gələcək maliyyə problemləri ilə bağlı birbaşa ona məlumat verməyimi tapşırıb. Nəticədə onun hökuməti həmin problemləri operativ şəkildə həll edəcək. Mənim Bakıya səfərim yəhudi bayramı olan Hanukka ilə eyni vaxta təsadüf etmişdi. Odur ki, prezident İlham Əliyevin bu jestini müasir Azərbaycanın nümayiş etdirdiyi tarixi möcüzənin təzahürü kimi qəbul etdim. Bu arada, Azərbaycan yəhudiləri Sovet dönəmində, yəni bir neçə onillik qabaq öz dinlərinə azad şəkildə etiqad edə bilmirdilər, ivrit dilinin tədrisi isə qadağan olunmuşdu. Həmin illərdə yəhudilərin təqib edildiyi də məlumdur. Nəticədə o dövrdə çox sayda yəhudi ABŞ və ya İsrailə köçməyə məcbur olmuşdu. Yəhudilərlə müsəlmanlar arasında tərəfdaşlıq münasibətlərinin genişləndiyi indiki dövrdə Azərbaycanın inkişafını da gözdən qaçırmaq olmaz. Həm onun icmalararası vəhdətin nümunəsinə çevrilməsi, həm Fars körfəzi hövzəsində məhz Bəhreyndə yeganə yerli yəhudi icmasının yaşaması, həm də BƏƏ-də ən gənc yəhudi icmasının mövcudluğu həqiqətən dərin təsir bağışlayan faktlardır. Bakıdakı yəhudi məktəbi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, təhsil konfessiyalararası harmoniyanın gələcəyi və bütün qrupların dövlətin uğurlarına töhfə verdiyi dinamik siyasi həyat üçün həlledici rola malikdir. Əslində, Azərbaycan hökuməti bu məktəbi dəstəkləyərək, xalqına ölkədə yəhudilərə də yer olduğu mesajını verir. Eyni zamanda, Azərbaycan dövləti bununla beynəlxalq ictimaiyyətə ciddi ismarıc göndərir: yəhudi xalqının tarixi Azərbaycanın milli hekayəsinin bir hissəsidir. Həqiqətən, Xəzər dənizinə mənzərənin açıldığı Şabad Or Avner məktəbi çox böyük iş görür. Məktəb yəhudi gəncləri fəal, sadiq Azərbaycan vətəndaşı kimi yetişdirir. Şabad Or Avner ultramüasir tədris proqramı təklif edir. Bu proqram çərçivəsində yəhudi mədəniyyəti, ənənələri və ivrit dili müasir elm və texnologiyalarla bərabər tədris olunur. Üstəlik, şagirdlərə Azərbaycanda mövcud olan islamın müxtəlif məzhəblərinə hörmət etmək aşılanır. Azərbaycanın baş ravvini Şneor Seqalın rəhbərlik etdiyi məktəb yəhudi icmasını kaşrut yeməkləri ilə təmin edir. Amma İlham Əliyev təkcə yəhudi məktəbinə maliyyə yardımı ayrılması ilə kifayətlənmir. Bu ilin əvvəllində onunla Azərbaycanın bütün dünyada yəhudilərlə müsəlmanlar arasında münasibətlərin yaxşılaşmasına necə töhfə verə biləcəyinə dair müzakirələr aparmışdıq. Həmin dövrdən bəri İsraildə Azərbaycan Ticarət və Turizm nümayəndəlikləri açılıb. Son görüşümüzdə isə İlham Əliyev mənə dedi ki, o, hökumətə tarixdə ilk dəfə Beynəlxalq Holokost Qurbanlarının Anım Günündə iştirak etməyi tapşırıb. Demək, Azərbaycan anım günündə iştirak edəcək dövlətlərə qoşularaq dözümsüzlük, ekstremizm, diskriminasiya və nifrətlə bağlı olan təhdidlərə dair məlumatlılığın artırılması baxımından konkret siyasi addımlar atacaq. Bu mənada “heç vaxt unutmayacağıq” şüarının reallaşması üçün fəal tədrisə ehtiyac duyulur. Prezident İlham Əliyev Azərbaycanın atacağı addımları elan etməyi məhz mənə tapşırıb. Bu, mənin üçün şərəfdir. Həmin gün axşam saatlarında Bakıda menora işiqlandırma mərasimində iştirak edirdim. Tədbirdə yüksək rütbəli xarici qonaqlar, azərbaycanlı nazir, həmçinin yəhudi məktəbinin şagirdləri iştirak edirdi. Mən orada Azərbaycan Prezidenti İlham Əliyevin sülh və bərabərliklə bağlı düşüncələrini, həmçinin yeni qərarını elan etdim. O anda davam edən möcüzə ilə əlaqəmi hiss edirdim. Mən bunu hiss edən yeganə şəxs deyildim... (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar